Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Harri III Çarlzı kraliça ilə onun arasında seçim etməyə məcbur edib

Şahzadə Harri ilə Britaniya kralı III Çarlz arasında növbəti qalmaqal yaşanıb...

Kral mənbəsi iddia edib ki, şahzadə Harri xəstə atasını onunla kraliça Kamilla arasında seçim etməyə məcbur edib. Mənbənin sözlərinə görə, bu səbəbdən monarx kiçik oğlu ilə keçən həftə Londonda görüşməkdən imtina edib.

"Harri Kamilla haqqında qəddar və incidici sözlər söyləməklə münasibətləri çətinləşdirir. III Çarlz oğullarını sevir, eyni zamanda həyat yoldaşını da sevir. Son bir neçə ay onun nə qədər vacib olduğunu göstərdi. Ona ən çox dəstək verən də Kamilla olub", deyə mənbə bildirib.

Mənbə həmçinin qeyd edib ki, Susseks hersoqu atasının hazırkı həyat yoldaşına xor baxdığını açıq şəkildə bildirib.

"Harri kralı seçim etməyə məcbur etdi. Bu çox axmaq hərəkət idi, çünki o və Kamilla çoxdan bir-birlərini seçiblər", deyə həmin şəxs bildirib.ə

Fevralın 5-də Bukingem sarayının mətbuat xidməti III Çarlz III xərçəng diaqnozu qoyulduğunu açıqlayıb. Xəstəliyə görə monarx müvəqqəti olaraq ictimai vəzifələrini dayandırıb. Bununla belə, martın 31-də Kral Vindsor qəsrindəki Müqəddəs Georgi Kapellasında Pasxa mərasimində iştirak edib. O, həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxıb.

Mayın 8-də şahzadə Harri Londondakı Müqəddəs Paul Katedralində İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün çıxış edib. Eyni zamanda, onun həyat yoldaşı Meqan Markl mərasimə qatılmayıb. Mənbələr monarx çox məşğul olmasa, Susseks hersoqu atasını görə biləcəyini demişdi. Lakin belə görüş baş tutmayıb.

Poliqon.info

 

 




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar