Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev İsrailin HƏMAS üzərində tam qələbəsinə inanmır

Bayden administrasiyası İsrailin HƏMAS-ı tamamilə məğlub etməsinin mümkün olmadığını bildirib...

Ağ Ev Fələstinin HƏMAS radikal hərəkatı üzərində İsrailin tam qələbəsi ehtimalına inanmır.

Poliqon Politico qəzetinə istinadən xəbər verir ki, belə bir bəyanatla dövlət katibinin birinci müavini Kurt Kempbell çıxış edib.

“Bəzən biz İsrail liderlərini diqqətlə dinləyəndə onlar əsasən döyüş meydanında hansısa qəti qələbə, tam qələbə ideyasından danışırlar. Biz bunun mümkün olacağına inanmırıq”, deyə Kempbell Mayamidə NATO Gənclər Sammitində çıxışı zamanı deyib.

ABŞ rəsmisinin sözlərinə görə, bir çox ölkələr “fələstinlilərin hüquqlarına hörmət edilən siyasi həll” görmək istəyir, lakin indi bu, “həmişəkindən daha çətindir”.

Qeyd edək ki, aprelin 30-da İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, o, istənilən halda Rəfah şəhərində əməliyyat keçirəcək, çünki bu qəsəbəyə nəzarət olmasa, HƏMAS-a qarşı başlayan hərbi əməliyyatlar öz məqsədinə çatmayacaq.

“Mütləq qələbəyə nail olmaq üçün Rafaha girəcəyik və oradakı Həmas batalyonlarını, razılaşmalı və ya razılaşmadan məhv edəcəyik”, deyə İsrailin baş naziri vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Ən çox oxunanalar