Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku başa çatıb...

Sports.az xəbər verir ki, yarışın son günündə kişilər və qadınlar arasında tüfəngdən 50 metr məsafəyə üç mövqedən atəş açma növündə final görüşləri keçirilib.

Qadınların yarışında qalib adı uğrunda mübarizədə İngiltərə və Çin atıcıları üz-üzə gəliblər. Böyük britaniyalı Şona Makintoş son atışlarda dəqiqlik nümayiş etdirərək qızıl medala sahib olub. Üçüncü yeri isə Anna Yanssen (Almaniya) tutub.

Bakıda ardıcıl ikinci il Dünya kubokunun qalibi adını qazanan Makintoş bildirib ki, öz gücünə əvvəldən inanıb:

“İki gün əvvəlki finalda dördüncü yeri tutmuşdum. Həmin vaxt atışlarım istədiyim kimi olmamışdı. Bu gün qalib adını qazansam da, doğrusu, performansım yenə də tam istədiyim kimi deyil. Daha yaxşısını edə biləcəyimə inanıram. Finaldakı rəqibim çinli idi. Onları məğlub etmək çox çətindir, dəmir iradəyə sahibdirlər. Xüsusən xallar arasında fərq az olanda, iş bir az da çətinləşir. Öz gücümə inanaraq qələbənin öhdəsindən gəldim”.

O, saçlarının göy rəngdə olmasının da sirrini açıqlayıb: “Bu mənim “uğur çubuğum”dur. 6-7 ildir saçlarım belədir. Bəzən göy rəngdən yaxa qurtarmaq istəsəm də, içimdən gələn səs məni dəyişiklik etməməyə çağırıb. Çünki bu saç forması mənə uğur gətirir”.

Eyni növdə kişilərin final yarışında qalib adını aşkar üstünlüyə malik olan Yukun Liu qazanıb. Çinli idmançı mayın 9-da məhz bu Dünya kubokunda müəyyənləşdirdiyi rekordu (467.3) təzələyərək 468,9 xalla qızıl medala sahib olub.

Avstriya təmsilçisi Aleksander Şmirl gümüş, çexiyalı Jiri Privratski bürünc medalla kifayətlənib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar