Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının partiya qərargahındakı kabinetində gizli otaq var...

Poliqon xəbər verir ki, belə bir iddia ilə Aybəniz İlqar-Fatih adlı sosial şəbəkə istifadəçisi çıxış edib. Facebook-da bu barədə Aybəniz xanım qeyd edir ki, kitab rəflərinin arxasında yerləşən bu otağa gizli qapı açılır. Otağın komfort bir şəkildə döşəndiyini vurğulayan Aybəniz xanım vurğulayır ki, Fəzail müəlliimin bbu gizli otağında 4 qapılı soyuducudan, divandan tutmuş, yataq taxtı və şüşəli duş kabinəsinə qədər hər şey var...

Aybəniz İlqar-Fatih adlı sosial şəbəkə istifadəçisinin paylaşımını olduğu kimi təqdim edirik:

“Fəzail Ağamalının qərargahında "gizli tunel"

Ana Vətən Partiyasının sədri olan millət vəkili Fəzail Ağamalının qərargahındakı otağında kitab rəfi var. Deməli, həmin kitab rəfinin Fəzail müəllimin qresloyuna ( yəni kreslosuna) yaxın tərəfini özünə tərəf möhkəm dartanda, baxırsan ki, bıyyy, bu, qapı imiş ki... Yox, yox, qapı gizli tunelə açılmır. Qətiyyən! Qapı gizli otağa açılır. Fəzail müəllimin gizli otağına...

Həmənə o "kitab rəfli qapı" açılan kimi komfort otaqla rastlaşırsan. Otaq nə otaq...puah... Şüşəli duşu, "nofost" deyilən o 4 qapılı soyuducular var ha, hə bax, ondan...Sonra, o "led" deyilən televozor var ha, bax, onun yekəsindən, lyüks divan, qresloy, taxt.....
Divanla qresloyu, televizoru, lap elə soyuducunu da başa düşdüm. İndi qoca kişidir, yorulur, dincəlmək istəyir. Bax, o duşla, taxtı başa düşə bilmədim. Partiyanın qərargahında duşla taxtın nə işi var?

Əşşi, nəyimə lazım e? Gedim Gədəbəyin deputatı Sevinc Hüseynovanın 4 uşaqla arvadını boşayan kişi ilə evlənməsinin doğru olub-olmadığı məlumatını gözdən keçirim...

P.S. Görəsən bütün partiya sədrlərinin qərargahlarında belə "gizli otaq" varmı?”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Müstəqil olmaq istəyən respublikanın lideri dəstək üçün Rusiyaya səfər edəcək

Ərəstun Oruclu: Dünya artıq qlobal müharibə ərəfəsindədir...

Ən çox oxunanalar