Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb

Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir...

May ayının 15-i “GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutacaq. Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Belə ki, “GSMA M360” rəqəmsal dövrün ən aktual tendensiyalarını bir daha gündəmə gətirəcək. Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsil şəbəkələr, yaşıl texnologiyar və s. mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin inkişaf edən əmək bazarına uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər barədə maraqlı müzakirələr baş tutacaq.

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri də müzakirə olunacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, qlobal telekommunikasiya liderlərinin ESG prinsiplərinə riayət etmək üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq. Xatırladaq ki, COP29 Azərbaycanda cari ilin noyabr ayında keçiriləcək.

Qeyd edək ki, bu il “GSMA M360 Eurasia 2024” konfransına Microsoft, Google, Amazon Web Services, World Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq.

Yerlər limitli olduğundan tədbirdə iştirak etmək istəyən hər kəs öncədən GSMA M360 Eurasia səhifəsində qeydiyyatdan keçməlidir.

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirə qatılın, gələcəyi formalaşdıran müzakirələrin bir parçası olun!

Poliqon.info


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ən çox oxunanalar