Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Mişelin iştirakı ilə yol xəritəsi, çərçivə sazişi imzalana bilər...

Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri yenidən görüşə bilərlər...

İlyas Hüseynov: “Brüssel formatı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”.

“Şarl Mişelin moderatorluğu ilə onun fəaliyyətinin sonuncu görüşü keçirilə bilər. Şarl Mişel özü üçün Cənubi Qafqazda bu vasitəçilik missiyasının uğurlu yekunu üçün əlindən gələni edəcək”.

Bu sözləri politoloq İlyas Hüseynov Şarl Mişelin moderatorluğu ilə keçirilməsi gözlənilən Brüssel görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın Baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Brüssel görüşünün baş tutacağına inanmaq olar? Yəni bu görüşün də baş tutmaması üçün hər hansı bir təxribat baş verə bilərmi? Ümumiyyətlə, sülh sazişinin və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakının, həm də İrəvanın maraqlarına cavab verirmi?

Gözlənilən Brüssel görüşünü Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Yeni mərhələdə, prezidentin andiçməsindən sonra, Mişelin vasitəçiliyi ilə görüşün keçirilməsi regionun təhlükəsizliyi üçün də uğurlu bir nəticə vəd edir”.

Brüsselin təşəbbüslərini Rusiyanın dəstəklədiyini və özü əldə olunan razılaşmaları bir qədər də irəli aparmaq fikrini ifadə etidyini vurğlayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu baxımdan Brüsseldə hansısa bir irəliləyiş əldə olunsa, bu Rusiyanın da sonrakı mərhələlərdə aktivləşməsinə gətirib çıxaracaq:

“Brüssel formatı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Avropa İttifaqının prezidenti Şarl Mişel AzərbaycanErmənistan arasında sülh müqaviləsinin imzalanması üçün, regionda sülhün dayanıqlı olması üçün fəal iş görüb. Çoxsaylı görüşlərin nəticəsində Şarl Mişel artıq regionu yaxşı tanıyır və tərəflərin maraqlarını yaxşı bilir. Mişel bu maraqlar çərçivəsində də öz neytral mövqeyini qoruyub-saxlaya bilir. Buna görə də onu region təhlükəsizliyi üçün əsas simalardan biri də adlandıra bilərik.

Digər tərəfdən qeyd etməliyik ki, özfəaliyyətdə olma müddəti bitir. Bu da qarşıdakı dövrdə Şarl Mişelin olmaması fonunda Avropa İttifaqında region üçün onu əvəz edə biləcək əhəmiyyətli bir fiqura ehtiyacın olacağını indidən deyə bilərik. Çünki Avropa İttifaqının digər rəsmilər, Cozep Borrell, Toivo Klaar bir çox hallarda qərəzli münasibətləri ilə fərqləniblər, onlar erməni mövqeyini dəstəkləyiblər. Bu isə bizim üçün qəbulolunmazdır. Regiondakı reallıqlar əsasında danışıqlar həyata keçirilməlidir.

İlyas Hüseynov: “Şarl Mişeli region təhlükəsizliyi üçün əsas simalardan biri də adlandıra bilərik”.

Şarl Mişelin moderatorluğu ilə onun fəaliyyətinin sonuncu görüşü keçirilə bilər. Şarl Mişel özü üçün Cənubi Qafqazda bu vasitəçilik missiyasının uğurlu yekunu üçün əlindən gələni edəcək. Mişelin iştirakı ilə hər hansısa yol xəritəsi, çərçivə sazişi imzalana bilər. Əgər görüş keçirilsə, bu ehtimal güclüdür. Lakin görüşün keçirilməsi müəyyən suallar yarada bilər. Bir sıra hallarda biz görmüşük ki, Brüsselin təşəbbüslərini Rusiya dəstəkləyib və özü əldə olunan razılaşmaları bir qədər də irəli aparmaq fikrini ifadə edib. Bu baxımdan Brüsseldə hansısa bir irəliləyiş əldə olunsa, bu Rusiyanın da sonrakı mərhələlərdə aktivləşməsinə gətirib çıxaracaq.

Bildiyimiz kimi, Praqada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqdan, rəqəmlər ifadəsində bu təsbit olunduqdan sonra biz lokal xarakterli antiterror əməliyyatlarını həyata keçirərək öz suverenliyimizi təmin etdik. 7 fevral tarixində də ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Buna görə də, yeni mərhələdə, prezidentin andiçməsindən sonra, Mişelin vasitəçiliyi ilə görüşün keçirilməsi regionun təhlükəsizliyi üçün də uğurlu bir nəticə vəd edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Ən çox oxunanalar