Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtda yayılan qorxulu xəstəlik - Qrip, yoxsa...

Adəti üzrə payız mövsümü özü ilə bərabər bir çox xəstəliklər də gətirir...

Havaların dəyişkən keçməsi nəticəsində həm böyüklər, həm də uşaqlar arasında öskürək, soyuqdəymə kimi xəstəliklərin yayılması artır. Xüsusən də son günlər güclü öskürəklə müşayiət olunan virusların da artdığı müşahidə olunmaqdadır. Bəs bu cür viruslardan özümüzü necə qoruyaq?

PİA.az xəbər verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışdı:

"Payız mövsümü başlayanda adətən soyuqdəymə halları tez-tez baş verir. Doğrudur, payızın ilk ayı çox isti keçdi, bu da öz təsirini göstərir. Belə ki, hava müəyyən saatlarda isti olur, bir qədər keçdikdən sonra isə birdən-birə hava soyuyurdu. Beləliklə, insanlar geyim məsələsindən çaşqın qalırdılar və havaya uyğun doğru geyim seçmirdilər. Seçilən geyim gün ərzində baş verəcək müəyyən temperaturlara uyğun olmalıdır.

Digər tərəfdən, payız mövsümü başlayanda meyvə-tərəvəz azalır, immun sistemi nisbətən zəifləyir. Bu da ki, soyuqdəyməyə gətirib çıxarır. Bəziləri bunu qrip adlandırır, amma əslində tibbi adı kəskin respirator xəstəliyidir. Bu zaman boğazdakı viruslar aktivləşir və burun axması, öskürək, nəfəs yollarının qıcıqlanması, hərarətlə müşahidə olunur. Bu əlamətləri görəndə insanlar onu qrip adlandırır. Qeyd etdiyim kimi bu, qrip deyil. Adətən qrip infeksiyası olanda bütün dünya bu barədə məlumat verir".

Tanınmış həkim viruslardan qorunmağın yollarından da söz açdı:

"Bir nəfər xəstələndisə, artıq virus yoluxdurma qabiliyyəti yüksək olduğu üçün başqalarına da keçir, xəstələnir. Tez-tez müşahidə edirik ki, mövsümi xəstəlik kimi xeyli insan xəstələnib. Ona görə də ictimai nəqliyyatda, əhalinin çox olduğu yerlərdə, bağçada, məktəbdə maska ilə gəzmək lazımdır ki, viruslara yoluxmayaq. Bəzən maskalara komplekslə yanaşırıq. Amma maskadan istifadə etmək vacibdir. Daha bir vacib məsələ, bir az öncə qeyd etdiyim kimi, geyimlərdir. Ayaqqabı, bədənin ümumi və alt geyiminə mütləq diqqət etmək lazımdır. Bu mövsümdə hava kəskin dəyişə bilir. Məlum olduğu kimi paytaxt Bakı küləkli şəhərdir. Bu məsələni də unutmaq olmaz. Qidalanmaya da diqqət etmək lazımdır. Yaxşı olardı ki, immuniteti zəif olanlar vitamin həblər qəbul etsin. Bronxial asması, ürək xəstəlikləri olan xəstələr vaxtaşırı həkimə müraciət etməli, xəstəliklərini nəzarətdə saxlamalıdırlar.

Həmçinin bu mövsümdə mədə-bağırsaq xəstəlikləri kəskinləşir. Bununla bağlı vaxtında tədbirlər görmək lazımdır. Hər halda fəsil dəyişəndə buna hazır olmalıyıq".

pia.az


Etiket: qrip xəstəlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edildi

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Tramp: Rusiya bütün Ukraynanı işğal edə bilər...

Üç bürcün həyatında ciddi dəyişikliklər baş verəcək 

VI çağırış Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - Sərəncam

Ən çox oxunanalar