Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın sülh sazişi ilə bağlı Azərbaycana qarşı yeni ittihamları...

Ermənistanın Baş naziri Azərbaycanı ittiham edərək bildirib ki, rəsmi Bakı əvvəllər əldə olunan razılaşmalardan geri çəkilir...

Politoloq: “Görünən odur ki, Paşinyan artıq idarəetmə pultuna çevrilib və o pult başqalarının əlindədir”.

“İlk növbədə əsas səbəb ondan ibarətdir ki, Ermənistan özbaşına deyil, onun üzərində rəhbərlik edən qüvvələr var. Biz burada Fransanı, ABŞ-ın bəzi dairələrini, Rusiyanın daxilində Ermənistana hələ də hamilik edən qüvvələri görürük”.

Bu sözləri politoloq Tofiq Abbasov Ermənistanın Baş nazirinin sülhlə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan The Telegraph nəşrinə verdiyi müsahibəsində Azərbaycanı ittiham edərək bildirib ki, rəsmi Bakı əvvəllər əldə olunan razılaşmalardan geri çəkilir.

“Əgər Azərbaycanın mövqeyi ondan ibarətdir ki, imzaladığı sənədi və ya üzərinə götürdüyü beynəlxalq öhdəliyi tanımırsa, bunu birbaşa və açıq şəkildə deməlidir”, deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın bu tip açıqlamaları ilk dəfə deyil və hər addımda öz ölkəsinin sülh hazır olduğunu vurğlayan Paşinyan bu tip açıqlamalarla nəyə can atır? Digər tərəfdən, Paşinyanın beynindəki sülh Azərbaycan tərəfinin istədiyi sülh sazişi ilə uzlaşmırsa, bu əslində tərəflərin sülhdən uzaq olduğunu göstərmirmi?

Ermənistanın yeni təxribat xarakterli iddalarını Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Necə ki, onlar Azərbaycan ərazilərini minalayıblar, eləcəi də hazırda Paşinyan Ermənistanı sülhə aparan yolu minalayır”.

Ermənistan heç vaxt sülhün əldə edilməməsi ilə bağlı məsuliyyəti bizim üstümüzə ata bilməyəcəyini vurğlayan politoloq Poliqon-a bildirib ki, Azərbaycanın öz arqumentləri var və bu arqumentlər Ermənistanın sülhdən yayınmaq üçün vaxt qazanmağa çalışıdığını ortaya qoyur:

Ermənistanın Baş naziri Nikol Paşinyan və onunla bərabər xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, Ermənistan Parlamentinin spikeri Alen Simonyan həmişə Azərbaycanın sözünü təhrif edirlər. Onlar qabaqdangəlmişlik edərək dünya birliyinə çatdırmaq istəyirlər ki, guya Qafqaz bölgəsindəki gərginlik, sülhün hələ də uzaqda durması Azərbaycanın qeyri-ciddi yanaşmasından irəli gələn bir vəziyyətdir.

Amma əslində, əgər real vəziyyətdən danışmalı olsaq, bütün səbəblərin hamısı bilvasitə Ermənistanla bağlıdır. Çünki Ermənistan nə sözünün üstündə dayana, nə Azərbaycanın verdiyi 5 prinsipə sağlam ruhda cavab verə bilir. Bəlkədəİrəvanda bunu istəmirlər, ya da kimlərsə Ermənistanın sülhə gedən qolunda sipər olub. Qeyd edim ki, ümumiyyətlə, Paşinyanın bu tip açıqlamaları sülhə aparan yola mina qoyur. Necə ki, onlar Azərbaycan ərazilərini minalayıblar, eləcə də hazırda Paşinyan Ermənistanı sülhə aparan yolu minalayır. Bu əlbəttə ki, bilərəkdən olunan işdir. Yəni bunun təsadüfi səbəbləri yoxdur.

İlk növbədə əsas səbəb ondan ibarətdir ki, Ermənistan özbaşına deyil, onun üzərində rəhbərlik edən qüvvələr var. Biz burada Fransanı, ABŞ-ın bəzi dairələrini, Rusiyanın daxilində Ermənistana hələ də hamilik edən qüvvələri görürük. Yəni Ermənistanın üzərində kollektiv qüvvələr var. Görünən odur ki, Paşinyan artıq idarəetmə pultuna çevrilib və o pult başqalarının əlindədir. Ermənistan da bu təyinatı ilə haradasa barışıb. Belə baxanda Nikol Paşinyanın xalqın və digər qüvvələrin qarşısında çox yaxşı bir dəlili var. Bu dəlil də mən həll etmirəm, onlar həll edirlər dəlilidir.

Tofiq Abbasov: “Ermənistan çox ümidlidir ki, onu silahlandırırlar, ona dəstək olurlar”.

Paşinyan bildirir ki, xarici qüvvələr nə deyir o da onu edir, hansı qərarı deyilər o da həmin qərarın altından qol çəkir və onların istəyi Paşinyan üçün əsas rol oynayır. Təbii ki, bu da Azərbaycan tərəfi üçün qəbulolunmaz bir yanaşmadır. Ermənistan heç vaxt o məsuliyyəti bizim üstümüzə ata bilməyəcək. Çünki Azərbaycanın deməyə arqumentləri var. Azərbaycan bütün sülhpərvər işlərini dünya qarşısında açıq şəkildə göstərib. Burada əsas bizim arqumentimiz ondan ibarətdir ki, ümumiyyətlə sülh gündəliyini Azərbaycan formalaşdırıb. Düzdür, Ermənistan istəyir bu sülhü əngələsin. Ancaq bu alınan iş deyil. Çünki bu gündəliyin özünün əldə etdiyi və gətirdiyi müsbət potensial var idi. Bu potensialın bir qismi Brüssel platformasında, bir qismi Vaşinqton platformasında, bir qismi də Moskva platformasında idi. Lakin Ermənistanın sülhdən yayınmaq üçün vaxt qazanmağa çalışıdığı da hər zaman ortada olub.

İndi də Ermənistanın siyasi rəhbərliyinin nə hərəkətlər etdiyi göz önündədir. Onlar çalışırlar bu məsuliyyəti öz üzərindən atsınlar və bütün yükün ayrılığını Azərbaycanın üzərinə qoysunlar. Bu da alınan iş deyil. Ermənistan heç vaxt bu istiqamətində müsbət nəticə əldə edə bilməyəcək.

Ermənistan çox ümidlidir ki, onu silahlandırırlar, ona dəstək olurlar. Burada söhbət həm də siyasi dəstəkdən gedir. Guya Ermənistanın zərərçəkmiş tərəf olduğunu sübut etməyə çalışırlar. Halbuki müharibə Azərbaycan ərazilərində olub, itirən də Azərbaycan tərəfi olub. Bunların hamısı da bəllidir. Buna görə də əgər Ermənistan bu proseslərin qurbanını özündən formalaşdırmaq istəyirsə, o heç vaxt buna nail olmayacaq. Çünki həm də Ermənistanın qarşısında çox böyük bir qorxu var. Faktlara qarşı iftiralarla, qondarma arqumentlərlə çıxmaq mümkünsüzdür. Faktın varsa danış, yoxdursa, arenadan kənara çıx və aqibətini otur gözlə. Ermənistan bu vəziyyətdə olduğundan əyri yollara əl atır və əminəm ki, Ermənistanın qazancı sıfıra bərabər olacaq. Amma Azərbaycan həqiqəti, ədaləti bərpa edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar