Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan qərar verib, erməni spikerin qardaşı arvadı azadlığa buraxılacaq

Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı arvadı, "Synergy" işi üzrə sui-istifadədə şübhəli bilinərək həbs edilən Ani Gevorkyan həbsdən azad olunacaq...

Poliqon xəbər verir ki, bu barədə ArmLur.am öz mənbəsinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Ani Gevorkyanın "Mülki müqavilə" fraksiyasının deputatlarının imzaladığı zəmanət əsasında azadlığa buraxılması barədə siyasi qərar qəbul edilib.

Bu iş üzrə həbs edilən, zəmanətdə adı keçən digər şəxslərə gəlincə, hələlik onlarla bağlı qərar yoxdur.

"Yeri gəlmişkən, imzaların toplanması baş nazir Nikol Paşinyanın razılığı ilə həyata keçirilib ki, bu da Alen Simonyanın qardaşı arvadı ilə bağlı qərar qəbul etməyi asanlaşdırıb", deyə nəşr yazır.

Bundan əvvəl Ermənistan Baş Prokurorluğuna spiker Alen Simonyanın qardaşı arvadının əməllərinin də araşdırıldığı korrupsiya işi üzrə "Mülki müqavilə" fraksiyasının deputatlarından şəxsi təminat tələbi daxil olub.

Yanvarın 31-də İqtisadiyyat Nazirliyinin bir sıra vəzifəli şəxsləri və özəl sektor nümayəndələrinə qarşı cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, "Dövlət investisiya proqramları üçün bankın yaradılması" tenderi çərçivəsində məmurlar şirkətlərdən birinin rəhbəri ilə əlaqə qurub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə 3 dəfə baha (təxminən 100 min dollar) ərizə təqdim edən şirkət qalib gəlib.

Hazırda iş üzrə 5 nəfər həbs edilib - şirkətin direktoru Aşot Ovannisyan, şirkətin biznesin inkişafı üzrə meneceri Lili Mkryan, şirkətin keçmiş əməkdaşı, parlament spikeri Alen Simonyanın qardaşı arvadı Ani Gevorkyan, Energetika Nazirliyinin dövlət investisiya siyasəti departamentinin rəhbəri Lili Sirakanyan və nazirliyin kənd təsərrüfatı proqramlarının həyata keçirilməsi şöbəsinin müdiri Taron Martirosyan. İqtisadiyyat nazirinin müavini Ani İspiryan ev dustaqlığına buraxılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Ən çox oxunanalar