Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC 2024-2025-ci illərdə neftə tələbat artımı proqnozunu saxlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illərdə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu müvafiq olaraq gündəlik 2,2 milyon barel (b/g) və 1,8 milyon b/g səviyyəsində saxlayıb...

“Report” xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

OPEC-in fevral hesabatına əsasən, mütləq ifadədə 2024-cü ildə qlobal neft tələbatı gündə 104,4 milyon barelə, 2025-ci ildə isə 106,25 milyon barelə çata bilər.

Təşkilat hesab edir ki, 2024-cü ildə neftə tələbat aviadaşımalar, artan avtomobil sənayesi və xüsusən də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə sənaye, tikinti və kənd təsərrüfatı sahələrində fəallıq ilə dəstəklənəcək.

Bundan əlavə, eyni həmin ölkələrdə tələb, ilk növbədə, Çin və Yaxın Şərqdə neft-kimya potensialının genişləndirilməsi ilə dəstəklənəcək.

Eyni zamanda, OPEC 2024-cü ildə kartelə daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu sutkada təxminən 150 min barel azaldaraq 1,2 milyon barelə endirib, lakin 2025-ci il üçün 1,3 milyon barel səviyyəsində saxlayıb.

Mütləq ifadədə OPEC-ə daxil olmayan ölkələrdən neft hasilatının 2024-cü ildə 70,5 milyon barel, 2025-ci ildə isə 71,8 milyon barel olacağı gözlənilir.

“Bu il hasilatın artımının əsas drayverləri ABŞ, Braziliya, Kanada, Norveç, Qazaxıstan və Qayana olacaq. Meksika və Anqola isə autsayder ola bilər”, - OPEC qeyd edir.

Daha əvvəl Avropada artan tələbatın Qərbi Afrika neftinin qiymətini qaldırdığı məlum olmuşdu.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur? – MMC-ni Mahir Abbaszadə ilə nə kimi tellər bağlayır?

AVRO-2024: Niderland - İngiltərə matçı öncəsi dava düşüb

Tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib

NATO Şərqi Avropada logistika mərkəzləri yaratmaq niyyətindədir

Bərdənin icra başçısına töhmət verildi - Qanunsuz tikililərə görə    

ABŞ 2026-cı ildən Almaniyada yeni uzaqmənzilli silahlar yerləşdirəcək

Universitetlərimiz Avropada neçəncidir? - Reytinq sıralaması

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Ən çox oxunanalar