Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ liderləri Macarıstanın pozuculuq fəaliyyətini müzakirə etmək üçün topana bilər

Avropa İttifaqı (Aİ) liderləri Macarıstan və onun baş naziri Viktor Orbanın Moskvaya səfəri və Vladimir Putinlə görüşü ilə bağlı "qayda pozuntularını" müzakirə etmək üçün görüş keçirə bilər...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti mənbələrə istinadən yazıb.

"Avropa İttifaqının xarici işlər nazirlərinin müstəsna olaraq Macarıstanın qanun pozuntularına həsr olunmuş xüsusi iclasının çağırılması təklif edilib", deyə mətndə qeyd edilir.

FT həmsöhbətlərinin sözlərinə görə, NATO-nun Vaşinqtonda keçirilən sammitində Avropa İttifaqı ölkələrinin liderləri Viktor Orbanın hərəkətlərindən hiddətlənərək ona birgə məktub yazmaq və icazəsiz xarici siyasət hərəkətlərinə son qoyulmasını tələb etmək imkanını müzakirə ediblər.

Qeyd edək ki, Avropa İttifaqına rəhbərlik edən Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də Kiyevə səfər edib və Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. O, iyulun 5-də Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Onlar Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə ediblər. Daha sonra Şuşada səfərdə olan Orban Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünə qatılıb və iyulun 8-də Pekinə səfər edib. O, burada bildirib ki, Budapeşt Aİ ilə Çin arasında əməkdaşlığa tərəfdardır. Çindən sonra NATO sammiti üçün Vaşinqtona yollanan Orban ABŞ prezidentliyinə namizəd Donald Trampla da görüşəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar