Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Xankəndi-Laçın yolundakı dinc aksiyalarla bağlı beynəlxalq qurumlara çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xankəndi - Laçın yolu ətrafında dinc aksiyalarla bağlı beynəlxalq qurumlara çağırış edib...

Ombudsman Aparatından PİA.az-a daxil olan məlumatda bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri tərəfindən Xankəndi-Laçın yolu ətrafında dinc aksiyalar 9-cu gündür davam edir.

Qeyd edilib ki, aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və nəticədə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaqdır:

"Qeyd edilməlidir ki, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirir və hər hansı zəruri ehtiyaclar yaranarsa, ölkəmizöz ərazisində yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğunu da bəyan etmişdir. Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün qaynar xəttin yaradılmasıdır. Eyni zamanda, televiziya kanalları üzərindənmüntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, irəli sürülən iddialara baxmayaraq həmin yol açıqdır və ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhliz boyunca təminat yükünü daşıyırlar. Belə ki, zəruri yüklərin çatdırılmasına, humanitar məqsədli sərbəst keçidə hər hansı maneə yoxdur .Sülhməramlıların ailə üzvlərinin bu yoldan keçidinə də imkan yaradılmışdır .Eləcə də,təcili tibbi yardım maşınlarının, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi-Laçın yolu vasitəsilə sərbəst keçidinə şərait yaradılıb".

"Ombudsman olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, bir daha xarici dövlətləri, beynəlxalq qurumları, xarici media və vətəndaş cəmiyyəti institutlarını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə, Ermənistanın postmüharibə dövründə təxribatlar törətməklə davamlı olaraq sülhə zərbə vuran addımlarına münasibətdə də eyni həssaslığı nümayiş etdirməyə, bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırıram", - məlumatda vurğulanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay