Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib 

Dekabrın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb və mənzillərin açarları təqdim olunub.

Poliqon xəbər verir ki, sakinlərin qarşılama mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Köçürülən ailələr Laçın şəhərində işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.

***

Bakı şəhərinin Qaradağ rayonundan dekabrın 28-də yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunacaq.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.

Bunlardan 13 ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, iki ailə (10 nəfər) Abşeron rayonunda məskunlaşmışdı. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (63 nəfər) Qaradağ rayonunda məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bərdə rayonunda yaşayan beş ailə (17 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşulacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1 555 nəfərin daimi məskunlaşması təmin edilib.

Fotolar

Poliqon.info 


Etiket: Qayıdış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Ən çox oxunanalar