Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigardan onu tənqid edən Coşquna reaksiya - Video

Xəbər verdiyimiz kimi, ötən gün "İctimai TV"də yayımlanan "Maska" şousunun növbəti buraxılışı baş tutub...

Poliqon axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl də proqramda Azərbaycan dilində danışarkən buraxdığı səhvlərə görə tənqid olunun müğənni Nigar Camala bu dəfə Əməkdar artist Coşqun Rəhimov müdaxilə edib.

Nigar "Alov" obrazı altında çıxış edən məşhuru analiz edərkən "aksent" sözünü tələffüz etməkdə çətinlik çəkib. 

Müğənninin iştirakçı ilə bağlı səsləndirdiyi "Aksent hiss edirəm" sözlərinə qarşılıq olaraq C.Rəhimov istehza ilə "Heç hiss olunmur, vallah" deyib. Nigar isə "mən də ağıllı-ağıllı danışıram" deyə, bildirib.

Xalq artisti Faiq Ağayev isə söhbətə qoşularaq "Nigar nadir insanlardandır ki, bu, ona yaraşır" sözlərini ifadə edib.

Nigar F.Ağayevin ona dəstək olmasının ardınca C.Rəhimova zarafatla dilini çıxarıb.

Xatırladaq ki, bir müddət əvvəl aparıcı İradə İsak Nigarı tənqid edərək onun barəsində "Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım "Avroviziya" qalibidir, bu, öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, onu az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur" sözlərini işlədib.

Qeyd edək ki, şouda münsif kürsüsündə həmçinin, aparıcı Kamilə Babayeva və bəstəkar-müğənni Murad Arif əyləşir.

Ötən gün yarışmanı "Xalça" obrazı tərk edib. Maskanın altında aparıcı Ceyhun Əlinin olduğu ortaya çıxıb. 

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Ən çox oxunanalar