Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Din pərdəsi altında cinsi istismar: Polis 402 uşağı mühafizə evlərindən xilas edib...

Malayziya hökuməti uşaqların fiziki və cinsi istismara məruz qaldığı İslam biznes qrupu ilə əlaqəli 20 rifah evinə basqın edərək 402 uşağı xilas edib və 171 nəfəri həbs olunub...

Poliqon xəbər verir ki, bu barədə CNN ölkənin milli polis rəisinə istinadən yazıb.

Polisin baş müfəttişi Razarudeen Hussain bildirib ki, reydlər "Global Ikhwan Services and Business Holdings" tərəfindən idarə olunan evlərdə qeyri-ənənəvi tədris və cinsi zorakılıq iddialarından sonra həyata keçirilib.

Nəticədə polis 1 yaşdan 17 yaşa qədər 201 oğlan və 201 qızı belə müəssisələrdən çıxarıb. Bu evlər Selangor və Negeri Sembilan ştatlarında yerləşir.

Həbs olunanlar arasında 66 kişi və 105 qadın var, onların çoxu din müəllimləridir.

Razarudin televiziya ilə mətbuat konfransında bildirib ki, uşaqlar nəinki baxıcıları tərəfindən cinsi zorakılığa məruz qalıblar, eyni zamanda bir-birlərinə də eyni şeyi etməyə məcbur olublar.

Polis hesab edir ki, "Global Ikhwan Services and Business Holdings" uşaqları istismar edir və ianə toplamaq üçün dini hisslərdən yararlanır.

Təşkilatın internet saytında yer alan məlumata görə, "Global Ikhwan Services and Business Holdings" 1994-cü ildə Malayziya hökuməti tərəfindən bidət hesab edilən və qadağan edilmiş Əl-Ərqam İslam təriqətinə rəhbərlik edən Aşaari Mohamad təsis edib. Qeyd edilir ki, 2010-cu ildə qrup bir sıra dəyişikliklərə məruz qalıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Ən çox oxunanalar