Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuela məhkəməsi müxalifət lideri Qonzalesin həbsinə order verib

Venesuela Baş Prokurorluğu müxalifətdən prezidentliyə keçmiş namizəd Edmundo Qonzalesin həbsinə order verilməsini istəyib...

Poliqon xəbər verir ki, Venesuela prokurorluğu bu barədə İnstagram-da məlumat yayıb.

Məhkəmə departamentin tələblərini təmin edib. Qeyd edilir ki, prokurorluq Qonzalesə dindirilmək üçün üç çağırış vərəqəsi göndərib, lakin o, prokurorluğa gəlməyib.

“Birinci İnstansiya Milli Nəzarət Məhkəməsi Edmundo Qonzales Urrutiyanın ağır cinayətlərə görə həbsi ilə razılaşdı”, deyə Baş Prokurorluq İnstagram-da elan edib. Keçmiş prezidentliyə namizəd “qanunlara tabe olmamağa təhrik etməkdə, cinayətkar sui-qəsddə və informasiya sistemlərinin təxribatında” şübhəli bilinir.

Venesuelanın baş prokuroru Tarek Vilyam Saab bildirib ki, Edmundo Qonzalesin komandası öz saytında müxalifətçinin prezident seçkilərində qalib gəldiyi səslərin hesablanmasının nəticələrini dərc edib. İdarədən bildiriblər ki, onun komandası seçki məntəqələrinin protokollarını saxtalaşdırıb.

Venesuelada seçkilər iyulun 28-də keçirilib. Ölkənin Milli Seçki Şurasının məlumatına görə, hazırkı prezident Nikolas Maduro 51,2%, Edmundo Qonzales 44% səslə qalib gəlib. Müxalifət, exit-poll nəticələrinə istinad edərək, 73% nəticə ilə Qonzalesin qələbəsini elan edib. Bundan sonra ğlkə boyu etirazlar başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar