Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Kriştianu Ronaldunu xüsusi mükafata layiq görüb

Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu UEFA tərəfindən xüsusi mükafata layiq görülüb...

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ronaldu UEFA Çempionlar Liqasında bütün zamanların ən çox qol vuran futbolçusu olduğuna görə qurumun prezidenti Aleksander Çeferin tərəfindən mükafatlandırılıb.

39 yaşlı ön xətt oyunçusu Avropanın ən nüfuzlu yarışında meydana çıxdığı 183 oyunda 140 qola imza atıb. O, həmçinin bu yarışda 7 fərqli mövsümdə ən çox qol vuran futbolçudur.

Portuqaliyalı forvard İngiltərənin “Mançester Yunayted” (1) və İspaniyanın “Real” klublarında UEFA Çempionlar Liqasının qalibi olub. O, 1992-ci ildən bəri yarış tarixində beş dəfə çempionluq qazanan ilk futbolçudur. K.Ronaldu eyni zamanda indiyə qədər üç fərqli finalda qol vuran yeganə oyunçudur (2008, 2014, 2017). O, həmçinin bir mövsümdə ən çox fərqlənən futbolçudur (2013/2014, 17 qol).

Portuqaliyalı hücumçu dəfələrlə “Qızıl top” və UEFA-nın İlin kişi oyunçusu mükafatı alıb. O, qurumun bayrağı altında keçirilən bütün yarışların ən yaxşı bombardiridir (197 oyun, 145 qol). Forvard həmçinin milli səviyyəsində beynəlxalq yarışlarda ən çox qol vuran futbolçu ünvanına (212 oyun, 130 qol) da sahibdir.

Qeyd edək ki, mükafat K.Ronalduya UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar