Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM-ə seçkilərlə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib...

"Report" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış prosesində MSK sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak ediblər.

Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb.

Milli Məclisə seçkilərdə veb-kameraların tətbiqi layihəsini sıx əməkdaşlıq şəraitində birgə reallaşdıran qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi istiqamətində intensiv şəkildə aparılan son hazırlıq işləri barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycanda keçirilən seçkilər daim fərqli aşkarlıq institutlarının, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin sərbəst iştirakı ilə xarakterizə olunub. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi nəticəsində şəffaflığın miqyası daha da genişlənib, bütün seçki günü proseslərini hər hansı bir maneə ilə rastlaşmadan, əvvəldən axıradək fasiləsiz müşahidə aparmaq imkanı yaranıb.

Qeyd olunub ki, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməklə əlamətdar ictimai-siyasi hadisəyə çevrilən Milli Məclisə seçkilərdə də müxtəlif metod və vasitələrdən istifadə edilməklə şəffaflığın yüksək səviyyədə təminatına xüsusi diqqət yetirilib. Belə ki, 16 ildir müvəffəqiyyətlə reallaşdırılan və səmərəliliyi ilə öz təsdiqini tapmış veb-kamera layihəsi qarşıdan gələn seçkilərdə də davam etdirilir.

Seçki günü - sentyabrın 1-də səsvermə məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində texniki parametrləri daha da gücləndirilərək təkmilləşdirilmiş və yüksək görüntü effektinə malik veb-kamera quraşdırılıb.

İnternet istifadəçiləri seçki günü istər ölkə daxilindən, istərsə də ölkə hüdudlarından kənarda Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb edilmədən bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar