Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Suriya kəşfiyyat səviyyəsində danışıqlar apara bilər

Ankara və Dəməşq yaxın vaxtlarda kəşfiyyat səviyyəsində danışıqlar apara bilər...

Poliqon xəbər verir ki, bu barədə Hürriyət qəzeti mənbələrə istinadən yazıb.

Suriya prezidenti Bəşər Əsəd bundan əvvəl Rusiya, İranİraqın təmsil olunduğu vasitəçilərin Suriya və Türkiyəni barışdırmaq üçün səmimi cəhdlər etdiklərini, lakin bu təşəbbüsdə irəliləyiş olmadığını bildirmişdi.

"Əslində, gündəmdə olan məsələlər ilkin şərtsiz danışıqlar masasına gəlmək prinsipi qorunub saxlanılarsa, o zaman yaxın vaxtlarda kompleks məsələlərə start verilə bilər. Danışıqlar böyük əhəmiyyət kəsb edəcək, amma bu, dərhal bir nəticə verəcəkmi?", deyə Türkiyə nəşri yazıb.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl Moskvanın Türkiyə və Suriya prezidentləri arasında görüş təşkil etməyə hazır olduğunu bildirsə də, onun sözlərinə görə, bu, ciddi hazırlıq tələb edir.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu qarşıdurmadan əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Bəşər Əsədin əleyhdarlarını dəstəkləyib. 2024-cü ilin yayında iki ölkə arasında münasibətlərin normallaşması kursu intensivləşib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar