Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Tiflis-Ceyhan kəmərində 19 illik rekord qeydə alınıb

2024-cü ilin iyulunda Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə neft nəqli 2,7 milyon ton təşkil edib ki, bu da rekord göstəricidir...

Poliqon xəbər verir ki, bu barədə BMG media platforması Gürcüstanın Neft və Qaz Korporasiyasına istinadən məlumat yayıb.

Gürcüstan Neft və Qaz Korporasiyasının məlumatına görə, Bakı-Tiflis-Ceyhan neft kəməri ilə adətən ayda 2,5 milyon ton neft ötürülür, lakin iyul ayında kəmərdə xüsusilə sıxlıq olub.

Ümumilikdə, bu ilin yeddi ayı ərzində kəmərlə 17,4 milyon ton neft nəql olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azdır.
Hazırda kəmərlə əsasən Azərbaycan nefti, həmçinin Qazaxıstan və Türkmənistan nefti də nəql olunur.

Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisinə 2003-cü ilin aprelində start verilib, 2005-ci ilin mayında isə kəmər fəaliyyətə başlayıb.

Neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan ərazisindən, 249 kilometri Gürcüstandan, 1000 kilometrdən bir qədər çoxu isə Türkiyədən keçir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar