Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsiman Yaqublunun vəfatı barədə məlumat seçki lövhələrində yerləşdiriləcək

Seçki bülletenlərində namizəd kimi adı qeyd olunmuş Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı məsələyə baxılır...

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Yaqublunun vəfatı ilə bağlı məlumat seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməlidir: “O yol qəzasında vəfat edib. Bununla əlaqədar atılmalı addımlar var. Seçki bülletenləri hazırda DSK-lara təqdim edilib. Seçki Məcəlləsinin tələbinə əsasən, bəzi namizədlər çıxdıqda və ya namizədliyi ləğv edildikdə həmin məlumatlar seçki məntəqələrinin müvafiq lövhəsində yerləşdirilir. Nəsiman Qara oğlu Yaqublunun vəfat etməsi barədə məlumat da seçki lövhələrində yerləşdiriləcək”.

Məsələ səsə qoyularaq qəbul edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Ən çox oxunanalar