Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli formalarının yeni qiymətləri - Siyahı

Azərbaycanda məktəbli formalarının yeni qiymətləri müəyyənləşib...

Poliqon xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, ötən ilə nisbətən köynək, şalvar və ətəklər ümumilikdə 20 faiz ucuzlaşıb.

E.Əzimov bildirib ki, şalvar və ətəklər 25 manatdan 20 manata, köynəklər 15 manatdan 12 manata endirilib.

Şöbə müdiri vurğulayıb ki, jaketin qiymətində isə dəyişiklik edilməyib. Onun sözlərinə görə, buna səbəb jaketin Türkiyədən idxal olunmasıdır. Odur ki, jaketlərin qiyməti 30 manat olaraq qalır.

BTE-nin rəsmisi paytaxtda doqquz, Abşeron rayonunun Xırdalan şəhərində bir və Sumqayıt şəhərində bir mağazanın fəaliyyət göstərdiyini xatırladıb.

E.Əzimov bundan əlavə, Masallı, Lənkəran, Quba, Şamaxı, Qəbələİsmayıllıda da satışların həyata keçirildiyini qeyd edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəblər üçün forma dörd rəngdə nəzərdə tutulub.

Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.

Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.

Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.

Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.

Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ən çox oxunanalar