Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir ailədən 3 nəfərin öldüyü hadisənin təfərrüatı - Foto

Xəbər verdiyimiz kimi, avqustun 10-na keçən gecə Zərdab rayonu ərazisində 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən 13 yaşlı Xədicə Eyvazlı Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin VII-ci sinif şagirdi imiş. Onunla birgə yaxın qohumu olan 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və onun 3 yaşlı qızı Mədinə də aldıqları xəsarətlərdən vəfat edib.

Bildirilir ki, avtomobildəkilərin hamısı bir ailənin üzvü və yaxın qohumlar olub. Onlar Ağcabədidən Bakıya A.Quliyevanı və 3 yaşlı qızını xəstəxanada müayinə etdirmək üçün gəlibmiş. Hadisə də rayona qayıdarkən baş verib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Quliyev Niyaməddin Eyvaz oğlunun idarə etdiyi "VGV U75 Plus" markalı 77-YE-816 dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir-Zərdab yolunda aşıb. Nəticədə sürücünün qızı 2011-ci il təvəllüdlü Xədicə Eyvazlı, onun yaxın qohumu 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və A.Quliyevanın qızı 2021-ci il təvəllüdlü Mədinə vəfat edib.

Sürücü və digər sərnişinləri: qızı Həcər və Raya, eləcə də 1980-ci il təvəllüdlü İlqar Quliyev, 1989-cu il təvəllüdlü Tünzalə Quliyeva, 2012-ci il təvəllüdlü Lalə Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

***

Azərbaycanda məktəbli faciəli şəkildə dünyasını dəyişib.

Poliqon iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 7c sinif şagirdi Eyvazlı Xədicə Niyaməddin qızı vəfat edib.

O, avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay