Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran öz hava məkanını müvəqqəti olaraq Misir təyyarələri üçün bağlayır

Misirin Mülki Aviasiya Nazirliyi çərşənbə günü Tehranın hərbi təlimlər elan etməsi ilə əlaqədar aviaşirkətlərinə cümə axşamı İranın hava məkanından üç saat ərzində qaçmağı tapşırıb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Misir nazirliyi İranın Misirin bütün kommersiya aviaşirkətlərinə təlimlərin keçirilməsi ilə bağlı xəbərdarlıq göndərdiyini bildirib. O əlavə edib ki, İranın hava məkanında uçuşlara qadağa üç saat - cümə axşamı səhər saat 04:30-dan 07:30-a qədər davam edəcək.

Eyni zamanda, İranın İSNA xəbər agentliyi ilə söhbətində Tehran beynəlxalq hava limanının rəhbəri Səid Çələndri İranın qərbindəki hava məkanında uçuşların qadağan edilməsi ilə bağlı xəbərdarlığı təkzib edib, lakin onun təkzibinin bütün ölkə ərazisinə tətbiq edilib-edilmədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, ötən çərşənbə axşamı İsrail ordusu Livanın paytaxtı Beyruta zərbələr endirib, nəticədə "Hizbullah"ın hərbi lideri Fuad Şükr öldürülüb.

Ertəsi gün Fələstinin HƏMAS qruplaşması prezidentin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn hərəkatın siyasi lideri İsmayıl Haniyənin İran paytaxtında öldürüldüyünü bildirib.

Daha sonra qeyd edilib ki, İsrail keçən həftə Hizbullah və HƏMAS liderlərinin öldürülməsinə cavab olaraq Livan və İrandan bir neçə günlük kütləvi raket hücumu ilə üzləşə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Rusiya və Çin ödənişlər üçün bank əməliyyatlarına alternativ tapıblar

Ən çox oxunanalar