Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk analitik: Baydenlə Ərdoğan arasında siçan-pişik oyunu gedir...

Co Bayden administrasiyasının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təzyiqi səbəbindən Ankara ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında qismən iştirak edir...

Poliqon xəbər verir ki, bunu "RİA Novosti" Agentliyinə açıqlamasında türkiyəli analitik Engin Özer deyib.

"Əslində biz artıq Ankaranın anti-Rusiya sanksiyalarında qismən iştirak etdiyi bir prosesi yaşayırıq. Ankara administrasiyasının tətbiq etdiyi sanksiyalardan ən mühümü Türkiyənin dövlət banklarının Rusiya ilə pul əməliyyatlarını böyük ölçüdə dayandırmasıdır", deyə Engin Özer bildirib.

Ekspertin sözlərinə görə, bu, Türkiyədə keçirilən prezident seçkilərindən sonra Ərdoğanın Vaşinqtonla münasibətlərin normallaşdırılması kursunu müəyyənləşdirməsi ilə bağlıdır.

"Ərdoğan ümid edir ki, Donald Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı münaqişəni həll edə biləcək və buna görə də Moskva ilə münasibətlərlə bağlı Türkiyəyə təzyiqlər aradan qalxacaq", deyə Özər bildirib.

Analitik hesab edir ki, Bayden administrasiyasının Ərdoğana təzyiqi Türkiyə hökumətini zamana qarşı oynamağa məcbur edir və buna görə də Bayden və Ərdoğan arasında "pişik-siçan oyunu" gedir.

Bundan əvvəl Financial Times ABŞ-ın Türkiyəni Rusiyaya texnologiya ixracına görə sanksiyalarla hədələdiyini yazmışdı. Vaşinqton Türkiyənin Rusiya Federasiyasına Qərb istehsalı olan elektronikanın tədarükü üçün əsas kanala çevrilməsindən narahatdır. Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən prosessorlar, yaddaş kartları, gücləndiricilər və digər avadanlıqlardan gedir.

Qeyd olunur ki, ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod bu yaxınlarda Ankara və İstanbulda qeyri-qanuni ticarətin qarşısının alınması səyləri çərçivəsində Türkiyə rəsmiləri və liderləri ilə görüşüb. Onun mesajı bu olub ki, Türkiyə Amerika mənşəli çiplər və digər komponentlərin ticarətini məhdudlaşdırmaq üçün daha çox çalışmalıdır:

"Amerika texnologiyasının Rusiyaya qeyri-qanuni axınının qarşısını almaq üçün bizə Türkiyə lazımdır. Biz Türkiyənin səlahiyyətli orqanlarından və sənayesindən sürətlə irəliləyiş görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanlara qarşı nəticələr verməkdən başqa çarəmiz qalmayacaq".

Akselrod həmçinin Türkiyə hökumətinə ticarətin təcili məsələ olduğunu bildirib və Ankaranı ABŞ-ın nəzarətində olan malların Rusiyaya daşınmasına qadağa qəbul etməyə və tətbiq etməyə çağırıb. O əlavə edib ki, Moskva Amerika mallarına çıxış əldə etmək üçün Türkiyənin ticarət siyasətindən istifadə etməyə çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Ən çox oxunanalar