Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqres Trampa sui-qəsd cəhdini araşdıracaq

Nümayəndələr Palatası Trampa sui-qəsd cəhdini araşdırmaq üçün işçi qrupu yaradacaq...

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün ABŞ Konqresinin Nümayəndələr Palatası Demokratlar və Respublikaçılar partiyalarının nümayəndələrindən ibarət işçi qrupu yaradacaq.

Poliqon xəbər verir ki, bu barədə qərar ABŞ Konqresinin aşağı palatasının səsverməsinin nəticələrinə əsasən qəbul edilib.

Nümayəndələr Palatasının spikeri Mayk CNN-ə bildirib ki, qrupun üzvləri iyulun 25-də açıqlanacaq. Onun tərkibinə yeddi respublikaçı və altı demokrat daxil olacaq. Qrupun qətnaməsinin mətninə əsasən, sui-qəsd cəhdi ilə bağlı istintaqın yekun hesabatı 2024-cü il dekabrın 13-dən gec olmayaraq dərc olunacaq. Hesabatda gələcəkdə sui-qəsdlərin qarşısını almaq üçün qanunvericilik islahatlarına dair tövsiyələr yer alacaq.

Xatırladaq ki, iyulun 14-də Donald Tramp Pensilvaniyada seçki kampaniyası zamanı güllə atılıb. Siyasətçi qulağından yaralanıb, bir mitinq iştirakçısı ölüb, ikisi yaralanıb. Atıcı Tomas Metyu Kruks snayperlər tərəfindən öldürülməzdən əvvəl hadisə yerindən 120 m aralıda yerləşən binanın damından təxminən səkkiz dəfə atəş açmağa imkan tapıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar