Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail nazirləri Netanyahuya qarşı sui-qəsdinmümkünlüyünü istisna etməyiblər

ABŞ-ın 45-ci prezidenti Donald Trampın həyatına sui-qəsd cəhdindən sonra İsrail hökumətinin nazirləri son aylarda ölkədə eşidilən çoxlu qızışdırıcı bəyanatlar fonunda eyni aqibətin Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahunu təhdid etdiyindən qorxduqlarını bildiriblər...

Poliqon “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə 2023-cü ilin sonuna qədər xarici işlər naziri vəzifəsində çalışmış İsrailin energetika naziri Eli Koen X sosial şəbəkəsindəki səhifəsində yazıb:

“Trampa sui-qəsd cəhdi baş nazir Benyamin Netanyahunu qızışdıranların hamısına və buna səssiz qalanlara açıq xəbərdarlıq siqnalıdır”.

Rabitə naziri Şlomo Karhi isə “İsraildə vəziyyətin ikiqat ciddi olması” barədə fikrini bildirib.

“Keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdi ABŞ-da baş nazir Netanyahuya, onun həyat yoldaşına və oğluna qarşı aparılan sonsuz təhriklərdən sonra baş verir”, deyə nazir qeyd edib.

Diasporla İş üzrə nazir Amihay Şikli özünün X səhifəsində “Trampın həyatına sui-qəsd cəhdinin birbaşa ona qarşı aparılan təhrik və legitimləşdirmə kampaniyasının nəticəsidir”, fikrini bildirib.

“İsraildə baş nazir Netanyahuya qarşı təəccüblü şəkildə oxşar təhrik kampaniyası aparılır və bu təhdidlər sadəcə “sağ” tərəfdən gəldiyi üçün Baş Prokuror və hüquq-mühafizə sistemi tərəfindən tam cəzasız qalır. Ayıbdır", - yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar