Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması

Yeni administrasiyanın əsas xarici siyasət yanaşması yeni üfiqlərin açılması və digər hökumətlərlə dialoq, əməkdaşlıq, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərinin hərtərəfli genişləndirilməsi olacaq...

Bu barədə İranın yeni seçilən prezidenti Məsud Pezeşkian 40-dan çox ölkənin liderlərinin və rəsmi şəxslərinin telefon zənglərinə və təbrik teleqramlarına cavab olaraq bildirib.

Onun sözlərinə görə, İranın yeni administrasiyası qonşu ölkələr və region ölkələri ilə hərtərəfli münasibətlərin dərinləşdirilməsinə xüsusi diqqət yetirir.

“Biz bir ölkənin hegemonluğa və digərləri üzərində hökmranlığa can atdığı bir region deyil, güclü bir region qurulmasının tərəfdarı kimi çıxış edəcəyik. Qəti əminəm ki, qonşu və qardaş ölkələr dəyərli resurslarını dağıdıcı yarışlara, silahlanmaya və ya əsassız olaraq bir-birinin imkanlarını məhdudlaşdırmağa sərf etməməlidir. Bunun yerinə biz resurslarımızın hamının rifahı üçün regionun tərəqqisinə və inkişafına yönəldiləcəyi şərtlər yaratmağa çalışacağıq”, deyə Məsud Pezeşkian öz müraciətində qeyd edib.

O, İranın iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarə münasibətlərin möhkəmləndirilməsi, birgə investisiyaların təşviqi, ortaq problemlərin həlli və dialoq, etimadın möhkəmlənməsi və inkişafı üçün regional əsasların yaradılmasına doğru irəliləyiş üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və regional təşkilatlarla əməkdaşlığa ümid etdiyini vurğulayıb.(Turan)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Deputatın rektor olduğu universitet cərimələnir

Ən çox oxunanalar