Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş keçirilib

İyunun 27-də Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər...

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Poliqon-a verilən xəbərə görə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qonaqları salamlayaraq ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. O, vətəndaşların sağlamlığının qorunması istiqamətində ölkəmizdə lazımi tədbirlərin görüldüyünü, tibbin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyib. Komitə sədri səhiyyə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı addımların atıldığını da qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosina deyib ki, görüşün məqsədi qlobal miqyasda ciddi problemlərdən olan uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə sahəsində tədbirlərin görülməsi ilə bağlı müzakirələrin aparılmasıdır. O, qadınlar arasında yayılan və bəzi hallarda ölümlə nəticələnən bu xəstəliklə əlaqədar bəzi statistik göstəriciləri diqqətə çatdırıb. ÜST nümayəndəsi bunun yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətindən, xəstəliklə mübarizədə insan papillomavirusuna (İPV) qarşı peyvəndin tətbiqinin vacibliyindən danışıb.

Ludmila Mosina İPV-yə qarşı peyvəndin tətbiqi ilə bağlı bir sıra dünya ölkələrinin təcrübəsindən nümunələr göstərib, müsbət nəticələrin əldə edildiyini bildirib. O, Azərbaycanda da bu xəstəliyin yayıldığını və ölkəmizdə İPV-yə qarşı peyvəndləmənin aparılmasının və ölkə vətəndaşlarının bundan faydalanmasının önəmli olduğunu deyib.

Söhbət zamanı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamilə Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı məsələnin aktuallığını qeyd ediblər, xəstəliyin diaqnostikası, müalicəsi, habelə İPV-yə qarşı peyvəndin ölkəmizdə tətbiqi, bunun faydaları ilə bağlı insanların məlumatlandırılmasının, maarifləndirmə işinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Görüşdə Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin Vaksinlə idarə olunan və infeksion xəstəliklər bölməsinin rəhbəri Sevinc Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar