Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişib

Prezident İlham Əliyev 7 dekabr 1999-cu il tarixli qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib...

Poliqon xəbər verir ki, yenilənmiş sənədə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

İndiyə qədər gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilirdi.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay