Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Makronun Ukraynaya təlimatçılar göndərmək ideyasını dəstəkləməyib

ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı Fransa prezidenti Emmannuel Makronun təklif etdiyi Qərb təlimatçılarının Ukraynaya mümkün göndərilməsinin nəticələrindən narahatlığını bildirib...

Poliqon-un məlumatına görə, "Politico" qəzeti mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Fransa liderinin ideyasını dəstəkləməyib.

Co Bayden qorxur ki, Ukraynaya hər hansı NATO hərbçisinin göndərilməsi, hətta Ukrayna ordusuna təlim keçmək belə Qərb qoşunlarının cəbhə xəttində qalması riskini daşıyır. Bayden hesab edir ki, bu, münaqişənin genişlənməsinə gətirib çıxara bilər. 

Qəzetin mənbələrinin bildirdiyinə görə, iki prezident arasında telefon danışığı heç bir qərar verilmədən başa çatıb.

Hərbçilərin Ukraynaya mümkün göndərilməsi ilə bağlı müzakirələr Makron fevral ayında belə bir variantı istisna etmədikdən sonra başlayıb. May ayında o, Kiyevin tələbi ilə qoşun göndərə biləcəyini demişdi. Polşa da öz qoşunlarının göndərilməsinə icazə verdi və Baltikyanı ölkələr rus ordusunun cəbhədə güclü irəliləyiş olacağı təqdirdə hərbi personal göndərməyə hazır olduqlarını bildirdilər.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır. İyunun 5-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Vaşinqton Ukraynaya təlimatçılar və hərbi personal göndərmək niyyətində deyil.

Poliqon.info


Etiket: Bayden Makton


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay