Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Un məhsulları ilə bağlı yeni qaydalar qüvvəyə minəcək - Tarix

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən "Buğda ununa dair sanitariya norma və qaydaları" və "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Qaydalarda buğda ununa və çörək məhsullarına dair təhlükəsizlik və minimum keyfiyyət tələbləri öz əksini tapıb.

"Buğda ununa dair sanitariya norma və qaydaları"nda maksimum nəmlik, kül miqdarı, minimum zülal miqdarı, düşmə ədədi kimi göstəricilər üzrə tələblər yer alıb. "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nda isə buğda çörəyi və çörəyin xüsusi növləri (çovdar çörəyi, qarğıdalı çörəyi, yulaflı çörək və s.) təsbit edilib.

Bununla yanaşı, bu qaydalarda çörək məhsullarında duzun maksimum miqdarı da tənzimlənib. Belə ki, buğda çörəyi və çörəyin xüsusi növlərində duzun maksimum miqdarı quru maddəyə əsasən ən çoxu 1,5% həddində müəyyənləşdirilib.

Adıçəkilən hər iki Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir"    

SEPAH: "İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək"

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Paris-2024: İspaniyanın futbol millisi çempion olub - Video

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzi ilə bağlı fərman imzalayıb

Şirvanda dəmiryolu stansiyasında yanğın başlayıb

Ən çox oxunanalar