Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Sui-qəsdə cəhdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır...

Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Banska-Bistrisa xəstəxanasında hökumət başçısını ziyarət etdikdən sonra jurnalistlərə məlumat verib.

“Baş nazir Robert Fitsonun vəziyyəti ağır olaraq qiymətləndirilir. O, ölümün bir addımlığında idi. Mənə onunla ancaq bir neçə dəqiqə danışmağa icazə verildi. Danışa bilsə də, çox yorulur”, - deyə Pelleqrini qeyd edib.

***

Sui-qəsdə cəhdə  məruz qalaraq ağır yaralanan və beşsaatlıq əməliyyatdan çıxan Slovakiyanın Baş naziri Robert Fitsonu yeni əməliyyat gözləyir.

Ötən gün beş saat davam edən əməliyyat zamanı həkimlər Fitsonun qarın boşluğundakı qanaxmanı dayandıra biliblər. Lakin qanı durulaşdıran dərmanlar problem yarada bilər. 

Həmçinin baş nazir omba oynağından da əməliyyat olunacaq. 

***

“Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı güllə yarası ilə xəstəxanaya daxil olub”.

Bu barədə baş nazirin qaldığı xəstəxananın direktoru danışıb.

Onun sözlərinə görə, 59 yaşlı baş nazir beş güllə yarası alıb:

“Fitso kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat otağında beş saat qalıb və bu müddət ərzində həkimlər onun həyatı və sağlamlığı üçün mübarizə aparıblar”.

“Hər şey uğurla başa çatdı. Hazırda onun həyatı üçün hər hansı təhlükə yoxdur”, - deyə baş həkim vurğulayıb.

***

Slovakiyanın Baş naziri Robert Fitsonun həyatı sui-qəsd cəhdindən sonra hələ də təhlükə altındadır.

Xatırladaq ki, Fitsoya hücum mayın 15-də hökumət iclasının keçirildiyi binadan çıxarkən baş verib. Cinayətkar bir neçə dəfə ona atəş açıb, nəticədə Slovakiyanın baş naziri ağır yaralanıb.

Məlum olub ki, atəş açan şəxs müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı olan 71 yaşlı yazıçı Yuray Sintuladır.

Hadisədən sonra xəstəxanaya çatdırılan Fitsonun qarnından, sinəsindən və əlindən xəsarət aldığı bildirilib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay