Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın rəhbərlik etdiyi təşkilat Xaçmazda istirahət mərkəzi tikəcək

Xaçmaz Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına rayonun Xuray kəndi ərazisində sağlamlıq-istirahət kompleksi tikməsinə icazə verib.

Bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, sağlamlıq-istirahət kompleksinin tikintisinə 21 fevral 2024-cü il tarixli 01/X saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 3 oktyabr 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-3266/2023 saylı, həmçinin 30 yanvar 2024-cü il tarixində tikinti layihəsinə dair 36806 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən sağlamlıq-istirahət kompleksinin tikinti sahəsi 1 165,6 kv. metr, ümumi sahəsi 4 045 kv. metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi və çardaq) olacaq.

Bundan başqa İcra Hakimiyyəti sağlamlıq-istirahət kompleksinin ərazisində hər birinin ümumi sahəsi 232,4 kv. metr olacaq 2 ədəd 2 mərtəbəli kottec tipli evin də tikintisinə icazə verilib.

Məlumat üçün bildirək ki, sağlamlıq-istirahət kompleksinin sifarişçisi olan Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri millət vəkili Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da sədrlik edir.

Onu da qeyd edək ki, Xuray kəndində “Təhsil İstirahət Mərkəzi” MMC adlı şirkətə məxsus mehmanxana da fəaliyyət göstərir. 2013-cü ildə dövlət qeydiyyatına alınan “Təhsil İstirahət Mərkəzi” MMC-nin nizamnamə kapitalı 17 milyon 209 min 386 manat 15 qəpik təşkil edir. Hazırda “Təhsil İstirahət Mərkəzi” MMC-nin dövlət büdcəsinə 219 min 158 manat 47 qəpik vergi borcu var.( yeniavaz)

Poliqon.info

 


Etiket: Deputat Xaçmaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay