Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT rəsmisi: Qəzzada rekord sayda uşaq öldürülüb...

Qəzzada öldürülən uşaqların sayı dörd ildə dünyada münaqişələrin qurbanı olan uşaqların sayından çoxdur...

Dörd ayda Qəzza zolağında öldürülən uşaqların sayı son dörd ildə dünya üzrə münaqişələrdə öldürülən azyaşlıların sayından çox olub.

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib.

“Qəzza zolağında dörd aydan bir qədər çox müddət ərzində öldürülən uşaqların sayı, dünyada dörd il davam edən müharibələrdə ölən uşaqların ümumi sayından çoxdur”, deyə Lazzarini X sosial şəbəkəsində dərc olunan bəyanatında bildirib. Lazzarini Qəzza zolağında azyaşlılar naminə hərbi əməliyyatların dayandırılması çağırışını təkrarlayıb.

Fələstin anklavından alınan son məlumatlara görə, İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 31,2 min nəfərə yaxınlaşır.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onların böyük əksəriyyəti qadın və uşaqlardır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar