Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO müdafiə xərclərini artırmağa qadirdirmi?

Dövlət Departamenti Dudanın NATO-da müdafiə xərclərini artırmaq təklifinə cavab verib...

ABŞ Dövlət Departamenti Polşa prezidenti Anjey Dudanın bir gün əvvəl NATO üzvü olan ölkələrə müdafiə xərclərinin minimum səviyyəsini ÜDM-in 2%-dən 3%-ə çatdırmağı təklif edəcəyini bildirən bəyanatını şərh edib.

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı danışıb.

Millerin sözlərinə görə, ilk növbədə bütün NATO-ya üzv ölkələrin müdafiə üçün ÜDM-in 2%-i hədəfinə nail olmaq lazımdır. Dövlət Departamentinin sözçüsü qeyd edib ki, hazırda NATO ölkələrinin təxminən üçdə ikisi müdafiə xərclərini bu səviyyədə saxlayır.

“Lakin mən hesab edirəm ki, bu, əlavə təkliflərin müzakirəsinə başlamazdan əvvəl ilk addımdır”, deyə Dövlət Departamentinin rəsmisi əlavə edib.

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda bildirib ki, ABŞ-a səfəri zamanı o, NATO üzvü olan ölkələrə müdafiə xərclərinin minimum səviyyəsini ÜDM-in 2%-dən 3%-ə çatdırmağı təklif edəcək.

Xatırladaq ki, bu gün, martın 12-də Polşa prezidenti Anjey Duda və Baş nazir Donald Tusk ABŞ-a səfərə gedəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay