Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən şirin pilotu - Doğuşa kömək etmək üçün sükanı tərk etdi - Fotolar

Cakarin Sararnrakskul adlı pilot öz üzərinə qeyri-adi bir vəzifə götürməli olub...

Bir sərnişin təyyarəsinin kapitanı üçün bu, 18 illik karyerasında görünməmiş bir hal olub.

Poliqon sfera.az-a istinadən bildirir ki, Taypeydən Banqkoka uçan təyyarədə hamilə sərnişininin qəfil doğuş sancısı başlayıb.

Ekipaj üzvləri bundan xəbər tutan kimi, 18 illik pilotluq təcrübəsi olan Sarrnrakskul pilot kabinini tərk edərək sərnişinin köməyinə qaçıb. İkinci pilot təyyarənin idarəsini ələ alıb.

Bu hadisə kapitan üçün bütün karyerası ərzində görünməmiş hal olsa da, o, fors-major halının öhdəsindən uğurla gələ bilib.

"Mən əvvəllər heç vaxt, mamaça olaraq uşaq dünyaya gətizdirməmişdim"-deyə pilot gülərək bildirir.

Banqkoka endikdən sonra ana və yeni doğulmuş uşağı həkimlər və təcili yardım maşını qarşılayıb. Pilot qürurla uşağın sağlam olduğunu, gənc ananın isə tam təhlükəsiz olduğunu vurğulayıb. Bütün ekipajın körpə ilə birlikdə paylaşdığı foto minlərlə bəyənmə alıb. İstifadəçilər postu "dünyanın ən şirin və sevimli" fotosu başlığı ilə paylaşıblar.

"Bu körpə ömrünün sonuna qədər hər kəsə havada doğulduğunu söyləyə biləcək. Mən fəxr edirəm ki, onun doğulmasına kömək edə bildim"-deyən Sararnrakskul, ekipajın hətta uşağa Sky (ingilis dilində "səma") ləqəbini hədiyyə etdiyini də əlavə edir.

Pilotun tibb təhsili olub-olmadığı məlum deyil, lakin o bununla hər kəsi heyrətləndirməyi bacarıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay