Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ FK – 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı olub

Bakıda "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı keçirilib...

"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan və "Qarabağ" Futbol Klubundan bəhs edən filmin təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ölkənin idman və mədəniyyət nümayəndələri iştirak ediblər.

Filmdə "Qarabağ" Futbol Klubun keçdiyi tarixi dövrdən bəhs olunub, komandanın SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb.

Həmçinin, filmdə xarici jurnalistlərin və futbolçuların "İmarət" stadionu, "Qarabağ" klubu ilə bağlı hazırladığı materiallar və fikirləri də yer alıb.

Filmdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Ağdam rayonu ərazisindəki "İmarət" stadionunun taleyindən, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun klubdakı fəaliyyətindən də bəhs edilib. Həmçinin, klubun Avropa Liqasındakı uğurları, adının Avropanın tanınmış klubları ilə bir sırada çəkilməsi vurğulanıb. Klubun baş məşqçisi Qurban Qurbanovun "Qarabağ"ın uğurlarındakı rolu xüsusi qeyd olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, "Salnaməfilm" və "Azərbaycanfilm"in ortaq layihəsi olan film 4 hissədən ibarətdir.

Fotolar

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar