Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Almaniya kansleri ilə Fransa prezidenti arasında fikir ayrılıqları Ukrayna müharibəsində təsirsiz ötüşmür...

Qərb mətbuatının yazdığına görə Ukrayna məsələsinə görə Almaniya ilə Fransa arasında ciddi fikir ayrılığı ortaya çıxıb...

Azər Qasımov: “Emanuel Makron Fransa daxilindəki etirazlar fonunda zəifləmiş imicini beynəlxalq arenada aktivliyini artırmaqla özünü daha yüksək səviyyəli siyasətçi kimi göstərməyə cəhd edir”.

Avropa indi Ukraynaya dəstək məsələsinin bilavasitə onların gələcəyi ilə bağlı olduğunu getdikcə daha çox anlamağa başlayıb”.

Bu sözləri politoloq Azər Qasımov Ukrayna məsələsinə görə Almaniya və Fransa arasında yaranan fikir ayrılıqlarını Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər Fransa prezidenti Emmanuel Makronun Ukrayna məsələdində təşəbbüsü ələ almağa çalışdığı görünür. Qərb mətbuatının yazdığına görə bu məsələ ətrafında artıq Almaniya ilə Fransa arasında ciddi fikir ayrılığı ortaya çıxıb və Şolts Makronun təşəbbüsünə qarşı çıxır.

Bəs, Ukraynaya dəstək məsələsində Fransa ilə Almaniya arasında fikir ayrılığı dərinləşərsə, bu, Avropa Birliyinin təhlükəsizliyinə və Ukrayna münaqişəsinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bir gerçəyi həm ABŞ, həm də Avropa Birliyi qəbul edir ki, Ukraynanın məğlubiyyəti onların adına yazılacaq və sonrakı proseslər artıq onlar üçün dağıdıcı olacaq”.

Fransa və Almaniyanın AB-nin aparıcı dövlətləri kimi öz məsuliyyətlərini başa düşdüklərini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, iki ölkə arasında olan tarixi ədavət fonunda liderlik davası özünü biruzə verir:

“Emanuel Makron Fransa daxilindəki etirazlar fonunda zəifləmiş imicini beynəlxalq arenada aktivliyini artırmaqla özünü daha yüksək səviyyəli siyasətçi kimi göstərməyə cəhd edir. Onun Ukrayna müharibəsinə NATO-nun əsgəri dəstəklə qoşulmaq fikri bunu deməyə əsas verir. Makron NATO-nun adından belə fikir söyləməklə əslində, guya NATO daxilində böyük fiqur olduğu, söz söyləmək hüququ olduğunu göstərmək istəyir.

Bununla da demək istəyir ki, daxili narazılıqlara baxmayaraq guya o, ölkə daxilində də söz sahibidir və Ukraynaya Rusiya ilə döyüşməyə əsgər göndərə bilər. Ancaq bu avantürist fikir tez bir zamanda Almaniya kansleri Şolts tərəfindən rədd edildi. Bununla da Şolts Makrona göstərdi ki, Avropa Birliyində hələ ki, əsas söz sahibi Almaniyadır.

Azər Qasımov: “Bütün daxili çəkişmələrə baxmayaraq Ukraynaya dəstək davam edəcək. Rusiya məğlub olmasa da, qalib də olmamalıdır”.

Avropa indi Ukraynaya dəstək məsələsinin bilavasitə onların gələcəyi ilə bağlı olduğunu getdikcə daha çox anlamağa başlayıb. Trampın çıxışları və hakimiyyətə yenidən gəlməsi qorxusu Avropanın indidən fəaliyyətə keçməsini labüd etdiyi gerçəyini onlara başa salıb. Hesab etmək olar ki, Avropa Birliyi ölkələrinin daha çox narahatçılığa ehtiyac duyması ilə əlaqəli xəbərdarlıq siqnalları özünü doğrultmağa başlayıb. Fransa və Almaniya da AB-nin aparıcı dövlətləri kimi öz məsuliyyətlərini başa düşürlər. Amma onlar arasında olan tarixi ədavət fonunda liderlik davası özünü biruzə verir.

Təbii ki, hər iki dövlətin fikir ayrılıqlarının dərinləşməsi Avropa Birliyinin təhlükəsizliyinə təhdid yaradır. Amma hesab edirəm ki, bu fikir ayrılıqları ciddi şəkildə dərinləşməyəcək. Çünki AB-nin varlığı onların qarşıdurmasından böyük faktordur. Ukrayna münaqişəsi isə təbii olaraq belə qarşıdurma və fikir ayrılıqlarından zərər görür. ABŞ daxili siyasətinin qarşıdurmaları Ukraynaya dəstək məsələsini ləngitdiyi kimi, Almaniya-Fransa fikir ayrılıqları da Ukrayna müharibəsində təsirsiz ötüşmür.

Amma bir gerçəyi həm ABŞ, həm də Avropa Birliyi qəbul edir ki, Ukraynanın məğlubiyyəti onların adına yazılacaq və sonrakı proseslər artıq onlar üçün dağıdıcı olacaq. Odur ki, bütün daxili çəkişmələrə baxmayaraq Ukraynaya dəstək davam edəcək. Rusiya məğlub olmasa da, qalib də olmamalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar