Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Rusiya Moldovaya rahat şəkildə müdaxilə edə bilər...

Seperatçı bölgə olan “Dnestriyanı Respublika” kömək üçün Rusiyaya müraciət edib...

Məhəmməd Əsədullazadə: “Təbii ki, Dnestriyanda baş verən hadisələr birbaşa Kreml tərəfindən idarə olunur və Moldovanın avro-inteqrasiya siyasətinin qarşısını almaqdan ibarətdir”.

“Moldova prezidenti Dnestriyanı bölgəsində separatizmə son qoymaq, həmçinin Rusiyanın buradakı hərbçilərinin çıxarılması istiqamətində çağırışlar edir. Görünür Kreml bu çağırışlardan narahatdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Moldovanın Dnestriyanı bölgəsində baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Moldovanın seperatçı bölgəsi olan Dnestriyanı Rusiyaya müraciət edib. Belə ki, seperatçı bölgənin rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə və Rusiya parlamentinə müraciət edərək onlardan Dnestriyanı bölgəsində yaşayan rusdilli əhalinin hüquqlarını qorumağı xahiş ediblər.

Bu müraciətin arxasında nə dayanır və 2008-ci ildə Gürcüstanda, 2014-cü ildən sonra isə Ukraynada baş verənləri nəzərə alarsaq, bu müraciət əsasında Rusiyanın Moldovaya təcavüzü etməsi ehtimalı nə də qədərdir?

Rusiyanın Moldovaya təcavüz etmə ehtimalını Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Qərbin müəyyən ölkələrinin, xüsusilə Fransa prezidentinin Ukraynaya ordu göndərmək çağırışı göründüyü kimi, Rusiyanın da Dnestriyanı bölgəsində belə bir ssenari qurmasına gətirib çıxarır”.

Artıq Şərqi Avropada Rusiya və Qərb arasında güclü şəkildə konfliktin görünmək olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əgər Qərb bu prosesdə qətiyyətli olmasa, Rusiya Moldovada hərbi hakimiyyətin dəyişdirilməsi prosesinə imza ata bilər:

“Təbii ki, Dnestriyanı bölgəsində baş verən hadisələr birbaşa Kreml tərəfindən idarə olunur və Moldovanın avro-inteqrasiya siyasətinin qarşısını almaqdan ibarətdir. Qərbin Moldovanı siyasi, hərbi və təhlükəsizlik sahədə dəstəkləməsi Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzünə gətirib çıxara bilər. Məhz Dnestriyanı bölgəsində baş verən hadisələr də bu prosesin əsas xəttidir.

Ümumiyyətlə, Moldova prezidenti Dnestriyanı bölgəsində separatizmə son qoymaq, həmçinin Rusiyanın buradakı hərbçilərinin çıxarılması istiqamətində çağırışlar edir. Görünür Kreml bu çağırışlardan narahatdır. Buna görə də Kreml çalışır ki, Moldovanı və Qərbi Dnestriyandakı proseslərdən uzaq saxlasın. Düşünürəm ki, Ukraynada hərbi əməliyyatlar Rusiya tərəfindən uğurla həyata keçirilsə, Rusiya Dnestriyanı bölgəsində öz silahlı qüvvələri vasitəsilə Moldovaya müdaxilə edə bilər.

Məhəmməd Əsədullazadə: “Moldovanın rus qoşunları qarşısında hər hansı bir dayanıqlığı yoxdur”.

Hesab edirəm ki, Rusiya Moldova planının başlanğıcı olaraq seperatçı bölgə olan “Dnestriyanı Respublika”sından onlara müraciət edilməsi ssenarisini qurub. Rusiya tərəfi Moldovaya mümükün müdaxiləni edə bilər. Qərbin bunun qarşısında necə dayanması növbəti baş verən proseslərdən asılı olacaq. Bir tərəfdən də, Qərbin müəyyən ölkələrinin, xüsusilə Fransa prezidentinin Ukraynaya ordu göndərmək çağırışı göründüyü kimi, Rusiyanın da Dnestriyanı bölgəsində belə bir ssenari qurmasına gətirib çıxarır. Bir daha qeyd edim ki, Rusiya Moldovaya rahat şəkildə müdaxilə edə bilər. Demək olar ki, Moldovanın rus qoşunları qarşısında hər hansı bir dayanıqlığı yoxdur.

Artıq Şərqi Avropada Rusiya və Qərb arasında güclü şəkildə konflikt görünməkdədir. Əgər Qərb bu prosesdə qətiyyətli olmasa, əlbəttə ki, Rusiya Moldovada hərbi hakimiyyətin dəyişdirilməsi prosesinə imza ata bilər. Eyni zamanda Rusiya öz adamlarından birini Moldovada hakimiyyətə gətirə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar