Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyan Türkiyədəki görüşlərində də Azərbaycan əleyhinə iş aparacaq?

Ermənistan xarici işlər naziri 1-3 mart tarixlərində Türkiyəyə səfər edəcək...

Siyasi-şərhçi: “Erməni XİN rəhbərinin gəlib Antaliyada kimlərlə görüş keçirməsinin Türkiyə üçün bir “isti-soyuğu” yoxdur”.

“Antaliyaya gələn xarici diplomatlar Türkiyəyə qarşı sərsəm-sərsəm ərazi iddiaları irəli sürən bir ölkənin rəsmisinin tədbirə dəvət olunmasını, ona qarşı olan münasibəti və.s görəcəklər. Bu da ancaq və ancaq qardaş ölkəyə dividentlər gətirəcək”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ermənistanın xarici işlər nazirinin Türkiyəyə gözlənilən səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək. Məlumata görə, erməni nazir 1-3 mart tarixlərində Türkiyədə olacaq və Antalya Diplomatik Forumu çərçivəsində mühüm görüşlər keçirəcək. Bilirik ki, Ermənistan XİN rəhbəri demək olar ki, bütün platformalarda Azərbaycana və Türkiyəyə qarşı təbliğat aparmaqla məşğul olur və reallıqdan kənar iddialar səsləndirir.

Mirzoyanın Türkiyədə keçirəcəyi görüşlərdə bu siyasətini davam etdirməsi ehtimalını da gözə alarsaq, Ermənistan XİN rəhbərinin Türkiyədəki tədbirə dəvət olunmasını və ona müxtəlif ölkələrin diplomatları ilə təmas imkanının verilməsi nə qədər doğru addımdır?

Türkiyənin Ermənistan siyasətini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Mirzoyanın səfəri Ermənistan-Türkiyə münasibətlərinin ən nəhayət normala dönməsi istiqamətində atılan mühüm addımlardan biri olacaq”.

Ankaranın Azərbaycanın şərtlərinin qəbul olunduğu sülh sazişi əldə olunmadan Ermənistanla sərhədlərini açmayacağına əmin olan siyasi-şərhçi Poliqin-a bildirib ki, bunu erməni tərəf yaxşı bilir və sərhədlərin də açılması üçün dəridən-qabıqdan çıxır:

“Bu ilk növbədə, humanizm siyasətindən və sülhpərvərlikdən irəli gəlir. Zatən qardaş Türkiyə və Azərbaycan hər zaman bu siyasəti yürüdüb. Sadəcə “ağılsız bir toplum” hər iki ölkəyə qarşı ərazi iddiaları irəli sürməklə, birinin 20 faiz ərazisini işğal etməklə özünü indiki duruma saldı. Artıq Ermənistanın dövlətçilik taleyi sual altına düşməkdədir. “İki od arasında” qalan İrəvanın başını itirdiyi göz qabağındadır. Rusiyadan qopmaq istəyir, amma qopması mümkünsüz görünür, həm də “tamah basır”, Qərbə tərəf yuvarlanmağa çalışırlar. Bunun hər ikisi isə, alınan bir siyasət deyil.

Belə bir durumda qardaş Türkiyə bir daha əlini Ermənistana tərəf uzadır, “artıq ağıllan” mesajını verir. Türkiyə böyük ölkədir. Erməni XİN rəhbərinin gəlib Antaliyada kimlərlə görüş keçirməsinin Türkiyə üçün bir “isti-soyuğu” yoxdur. Bir sözlə Türkiyə bir daha dünyaya barış bir ölkəsi olduğunu bəyan edir. Nəticə çıxarmalı olan bir tərəf var, o da Ermənistandır”.

Siyasi-şərhçi Mirzoyanın bu tədbirə dəvət olunmasını doğru sayır: “Erməni xisləti heç zaman düzələn deyil. Bunun fonunda bu rəsmi dəvət oldu, və ya olmadı, nəsə dəyişəcəkdi? Əksinə Antaliyaya gələn xarici diplomatlar Türkiyəyə qarşı sərsəm-sərsəm ərazi iddiaları irəli sürən bir ölkənin rəsmisinin tədbirə dəvət olunmasını, ona qarşı olan münasibəti və.s görəcəklər. Bu da ancaq və ancaq qardaş ölkəyə dividentlər gətirəcək.

Digər tərəfdən bu regiona əvvəl-axır sülh gəlməlidir. Erməni xisləti ucbatından bu sülh uzun zamandır əldə olunmur. Bundan da daha çox ziyan görən İrəvandır. Hər kəs Azərbaycan və Türkiyənin son zamanlarda artan nüfuzunun, gücünün, iqtisadiyyatının durmadan inkişaf etdiyinin şahidi olur. Sarsaq iddialarının və Azərbaycana qarşı ərazi işğalının nəticəsidir ki, uzun illərdir Ankara İrəvanla sərhədləri bağlayıb, Ermənistan öz içərisində boğulur, bu zaman kəsiyində milyardlar itirib.

Cavanşir Abbaslı: “Türkiyə Ermənistan qarşısında “yaşıl işıq” yandırdı, indi top Paşinyanın qapısındadır”.

Hesab edirəm ki, Mirzoyanın səfəri Ermənistan-Türkiyə münasibətlərinin ən nəhayət normala dönməsi istiqamətində atılan mühüm addımlardan biri olacaq. Türkiyə Ermənistan qarşısında “yaşıl işıq” yandırdı, indi top Paşinyanın qapısındadır. Erməni baş nazir bu barədə düşünməlidir. Əgər Ermənistan-Türkiyə münasibətləri normallaşarsa, bu Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunmasına mühüm töhfələrdən birini verəcək.

Ankara Azərbaycanın şərtlərinin qəbul olunduğu sülh sazişi əldə olunmadan Ermənistanla sərhədləri açmayacaq. Bunu erməni tərəf yaxşı bilir və sərhədlərin də açılması üçün dəridən-qabıqdan çıxır. Bütün bunlar Antaliyada baş tutacaq Hakan Fidan-Mirzoyan görüşündə bir daha erməni nazirin diqqətinə çatdırılacaq. Bir sözlə bu səfərdən Azərbaycan olaraq narahat olmamalıyıq, çünki uduşlu tərəf biz çıxacağıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar