Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abxaziya Rusiya və Belarusla İttifaq Dövlətinə qoşulmaq istəyir

Rusiyanın ihlaq etdiyi tanınmamış Abxaziyanın prezidenti Aslan Bjaniya bəyan edib ki, ölkəsi Rusiya və Belarusla İttifaq Dövləti formatında inteqrasiyanın tərəfdarıdır...

Poliqon xəbər verir ki, Aslan Bjaniyanın sözlərinə görə, Abxaziyanın "müstəqilliyini" qoruyub saxlaması vacibdir. Onun hesablamalarına görə, inteqrasiya 5-10 il çəkə bilər:

"Biz Rusiya və Belarusla bir yerdə olmaq, müstəqilliyimizi qoruyub saxlamaqla bu inteqrasiya prosesinin fəal iştirakçıları olmaq istəyirik. Birlik dövləti isə müstəqil dövlətlərin millətlərüstü strukturların yaradılması üzrə qarşılıqlı faydalı şərtlərlə razılaşdığı formatdır", deyə Aslan Bjaniya TASS-a müsahibəsində bildirib.

Abxaziya lideri qeyd edib ki, inteqrasiya zamanı o, 2014-cü ilin noyabrında imzalanmış müttəfiqlik və strateji tərəfdaşlıq haqqında dövlətlərarası sazişi rəhbər tutur:

"Və orada açıq şəkildə qeyd olunur ki, Rusiya Abxaziya Respublikasına Rusiya Federasiyasının təşəbbüsü ilə həyata keçirilən inteqrasiya proseslərində iştirak etməkdə kömək edir. Bu forma bizim gələcəyimizə, gələcəyə baxışımıza tam uyğundur".

Qeyd edək ki, 2008-ci il avqustun 26-da Rusiya prezidenti Dmitri Medvedev Abxaziyanın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Onun müstəqilliyini Nikaraqua, Venesuela, Suriya, Nauru, Cənubi Osetiya və Dnestryanı Moldova Respublikası da tanıyıb.

Fevralın 9-da Abxaziyanın Daxili İşlər Nazirliyi Rusiya Qvardiyası ilə əməkdaşlıq müqaviləsi imzalamaq planlarını açıqlayıb. Lakin üç gün sonra daxili işlər naziri Abxaziya cəmiyyətində "qızğın müzakirələr" səbəbindən bu müqaviləni imzalamaqdan imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay