Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı araşdırmalara başlayıb - Yenilənib

Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb...

İstintaq Komitəsi siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, A.Navalnının 3 saylı cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı prosessual təhqiqat təşkil edilib.

Bildirilib ki, qurumun əməkdaşları hadisənin başvermə şəraitinin aydınlaşdırılmasına yönəlmiş kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

***

Aleksey Navalnı qan laxtalanmasından (tromb) vəfat edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə RT mənbələrə istinadən məlumat yayıb.

"Baza"nın xəbərinə görə,, Navalnının bu gün saat 13:00 radələrində vəziyyəti pisləşib. Onun üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq, Navalnı saat 14:17-də vəfat edib.

***

Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.

O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: “Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.

***

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda onun ölüm səbəbləri araşdırılır.

Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər:

"Hadisə yerinə dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri tibbi yardım tədbirlər aparılıb, lakin bu müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır".

Xatırladaq ki, Aleksey Navalnının 47 yaşı var idi.

Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəzaçəkmə kamerasına göndərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Rusiya və Çin ödənişlər üçün bank əməliyyatlarına alternativ tapıblar

Ən çox oxunanalar