Çərşənbə axşamı, 05 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" dələduzluq halları ilə bağlı abunəçilərinə müraciət edib

Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur...

Bundan əlavə, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir.

Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:

- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

- Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın;

- gələn SMS, “Whatsapp” mesajlarındakı şübhəli linklərə keçid etməyin;

Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:

Rəsmi satış kanalı:
www.azercellim.com
saytı;
Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri:
https://www.azercell.com/az/personal/azercell-stores.html
Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.

Yarana biləcək hər hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin:

Onlayn Müştəri Xidmətləri
https://www.azercell.com/az/
;
Azercell-in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri;
Azercell Telefon Mərkəzi:
- Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi

- Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda icra hakimiyyətində əməliyyatın keçirildiyi rəsmən təsdiqləndi

Azərbaycanda icra başçısının müavinləri saxlanılıblar? - Yenilənib

Azərbaycan Ordusunun əsgəri özünü odlu silahla öldürüb

Azərbaycanın İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb: 11 şəhər, 76 rayon    

QHT Agentliyinin icraçı direktorunun səs yazısı: “Bizi yoxlasalar, yarım milyon taparlar…”

Şeyx Əbdül: “Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır”

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verməyə qərar verib - Yenilənib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin direktorluq macərası

Azərbaycanda bahalı estetik əməliyyat edən cərrahın diplomu yox imiş - Foto

Ruslan Pənahovun atası danışdı: "Çox sevincliyik"

16 yaşında ailə quran qızın anası: “Yoldaşımın xasiyyəti tünddür” - Yenilənib, Video    

Ən çox oxunanalar