Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacikistan neftin geoloji kəşfiyyatına Azərbaycan şirkətlərini cəlb edəcək

Tacikistan Azərbaycan şirkətlərini Tacikistan ərazisindəki neft və qaz yataqlarının geoloji kəşfiyyatına cəlb etməyi planlaşdırır...

“Report” Tacikistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon arasında keçirilən görüşdə müzakirə olunub.

“Görüş zamanı tərəflər Tacikistan və Azərbaycan arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini, o cümlədən Tacikistanda neft və qaz ehtiyatlarının aşkar edilməsi prosesinə Azərbaycanın nüfuzlu şirkətlərinin cəlb edilməsini müzakirə ediblər”, - Tacikistan XİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

Eyni zamanda, həmsöhbətlər Azərbaycan şirkətlərinin enerji layihələrinin həyata keçirilməsinə, xüsusilə müasir su və günəş elektrik stansiyalarının tikintisinə investisiya qoyması, Tacikistanda neftin nəqli və emalı üsulları məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Tacikistanda ümumilikdə 28-ə yaxın neft yatağı var, təsdiq edilmiş neft ehtiyatları 2 milyon tondan artıqdır. Tacikistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2023-cü ildə Tacikistan 18 min tona yaxın neft hasil edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Ən çox oxunanalar