Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verməsinin səbəbləri...

İranın Ermənistandakı səfiri deyib ki, Tehran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir...

Siyasi-şərhçi: “İranın Ermənistandakı səfiri Mehdi Sobhani, Ermənistanın tranzit müddətinin Azərbaycandan iki gün az olduğunu iddia edərək, İranın Ermənistanla ticarət və nəqliyyat əlaqələrini gücləndirmək istədiyini göstərir. Bu fikir, əlbətdə ki, Sobhaniyə Tehrandan gələn sifarişdir”.

İran, Ermənistan ilə iqtisadi, enerji, nəqliyyat, ticarət və mədəni əməkdaşlığını artırmaqla özünə Qafqazda bir alternativ yaratmaq və Türkiyə və Azərbaycanın nüfuzunu məhdudlaşdırmaq üçün bir vasitə kimi istifadə edir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İranın Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük vermə səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, Tehran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir və guya Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır. Aydın məsələdir ki, Mehdi Sobhaninin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun deyil və bu fikir Tehrandan ötürülüb.

Bəs, İran bu fikirlə nə demək istəyir?

İran-Ermənistanİran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “İran regionda nüfuzunu artırmaq və xarici təzyiqlərə qarşı müqavimət göstərmək üçün həm Azərbaycan, həm də Ermənistanla balanslı siyasət aparmaq istəyir”.

Son zamanlar İran-Azərbaycan münasibətlərinin normallaşmaya doğru getdiyini xatırladan ekspert bildirib ki, İran buna baxmayaraq Ermənistan ilə əlaqələri kəsmək niyyətində deyil:

İranın Ermənistandakı səfiri Mehdi Sobhani, Ermənistanın tranzit müddətinin Azərbaycandan iki gün az olduğunu iddia edərək, İranın Ermənistanla ticarət və nəqliyyat əlaqələrini gücləndirmək istədiyini göstərir. Bu fikir, əlbətdə ki, Sobhaniyə Tehrandan gələn sifarişdir. Görünən odur ki, İran Ermənistanla olan maraqlarını, Azərbaycanla olan strateji tərəfdaşlığını və Türkiyə ilə olan gərginliyini balanslaşdırmağa çalışır. İran regionda nüfuzunu artırmaq və xarici təzyiqlərə qarşı müqavimət göstərmək üçün həm Azərbaycan, həm də Ermənistanla balanslı siyasət aparmaq istəyir.

İran, Ermənistan ilə iqtisadi, enerji, nəqliyyat, ticarət və mədəni əməkdaşlığını artırmaqla özünə Qafqazda bir alternativ yaratmaq və Türkiyə və Azərbaycanın nüfuzunu məhdudlaşdırmaq üçün bir vasitə kimi istifadə edir. Son zamanlar İran-Azərbaycan münasibətləri normallaşmaya doğru gedir, ancaq İran buna baxmayaraq Ermənistan ilə əlaqələri kəsmək niyyətində deyil. İran, həmçinin, Azərbaycanın Türkiyə ilə olan strateji əlaqələrindən narahatdır.

İran, Türkiyəni, özünə Qafqazda və Orta Şərqdə rəqib kimi görür və onun nüfuzunu məhdudlaşdırmağa çalışır. Bu baxımdan , bizdə çox gözəl anlayırıq ki İran Azərbaycan üçün etibarlı tərəfdaş deyil və daim öz maraqları naminə Azərbaycana qarşı yenidən siyasi həmlələr həyata keçirə bilər. Zəngəzur dəhlizi məsələsində də Azərbaycana qarşı ən çox etiraz edən və bu planın həyata keçməsinə mane olan İrandır. Bu baxımdan, bizdə bunu daim nəzərə almalı və İranın bu addımlarına təəccüblənməməliyik deyə düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar