Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənan Novruzov: Ərdoğanla Putin üçüncü dünya müharibəsini müzakirə edəcəklər...

Rusiya Prezidentinin fevralın 12-də Türkiyəyə səfər edəcəyi gözlənilir...

Siyasi-analitik: “Türkiyə və Rusiya arasında çox səciyyəvi əlaqələr var. Bu əlaqələr özünü müxtəlif məsələlərdə göstərir”.

“Putinin Türkiyə səfəri uğurlu olacaq. Liderlər Ukraynanı, Yaxın Şərqi müzakirə etməklə yanaşı, eyni zamanda Cənubi Qafqazdakı mövcud vəziyyəti, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı da danışacaqlar”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Rusiya prezidentinin Türkiyəyə gözlənilən səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. Bu barədə “Reuters” anonim türk rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu, Rusiya liderinin 2020-ci ildən sonra NATO ölkəsinə ilk səfəri olacaq. Eyni zamanda Türkiyə İsveçin NATO-ya girişini təsdiq edəndən sonra Qərblə, xüsusilə də ABŞ-la münasibətlərində isnişmə müşahidə olunur.

Bu fonda Putinin səfəri nə qədər uğurlu alına bilər və bu səfər Türkiyə-Qərb münasibətlərini yenidən gərginləşdirə bilərmi?

Putinin Türkiyə səfərindən gözləntiləri Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Rusiya necə Türkiyənin Qərblə münasibətlərindən incimirsə, Qərb, o cümlədən ABŞ-da Türkiyənin Rusiya ilə münasibətlərindən inciməməlidir”.

Hazırda dünya siyasətində üçüncü dünya müharibəsi ərəfəsi olduğuna nəzər salan analitik Poliqon-a açıqlamasında qeyd edib ki, belə bir vəziyyətdə əslində fərqli qütbdə olan liderlərin və dünyada çəkisi olan, baş verən proseslərə yön verən iki ölkə liderinin görüşməyi çox maraqlı hadisədir:

“Türkiyə və Rusiya arasında çox səciyyəvi əlaqələr var. Bu əlaqələr özünü müxtəlif məsələlərdə göstərir. Eyni zamanda bu əlaqələr özünü Türkiyə və Rusiyanın xarici siyasətində özünü göstərir. Məsələn bu gün Türkiyənin Rusiya-Ukrayna müharibəsinı olan mövqeyi Türkiyə-Rusiya əlaqələri ilə bağlıdır. Türkiyənin NATO ölkəsi olmasına baxmayaraq Rusiyaya qarşı çıxmır və neytral mövqeyini qoruyur. Həmçinin tərəflər Cənubi Qafqazda, Yaxın Şərqdə və digər bölgələrdə də koordinasiyalı davranmağı bacarırlar. Bu iki dövlət arasında iqtisadi maraqlar və digər obyektiv səbəblərlə yanaşı, eyni zamanda liderlərin şəxsi dostluq münasibətləri ilə, bir-birlərini başa düşməkkəriylə bağlıdır. Putinin Türkiyəyə səfəri çoxdan gözlənilirdi. İndi Rusiya prezidentinin Türkiyəyə səfəri baş tuta bilər, amma son anda təxirə də salına bilər.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi rəsmi Ankara üçün siyasi alış-veriş predmeti idi. Çünki Türkiyənin konkret tələbləri var idi. Bunlar Türkiyənin Avropa İttifaqına gedən yolunun açılması, F-16 ların tədarükü, İsveçin terrorçuları dəstəkləməməsi və s. tələblər idi. Bu tələblər artıq yerinə yetirilir. Eyni zamanda F-16 məsələsi Konqresdə müzakirə edilir. Düşünürəm ki, ABŞ bu məsələni həll etməlidir və F-16 ların Türkiyəyə tədarükü baş tutmalıdır. Əks halda Türkiyə-ABŞ arasındakı gərginlik birə-beş arta bilər. Çünki Türkiyə ABŞ-ın maraqlarını yerinə yetirərək İsveçin üzvlüyünü ratifikasiya etdi.

Əslində Türkiyə İsveçin üzvlüyünü ratifikasiya etməyə tələsmirdi. Çünki Rusiya faktoru var idi. Bildiyimiz kimi Rusiya NATO-nun genişlənməsini istəmir. Amma görünür ki, Ankarayla Moskva arasında müəyyən məsləhətləşmələr olub. Düzdür bu məqam tərəflər arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər. Ancaq bu o qədər də hiss olunmayacaq. Çünki indi Rusiyanın elə bir lüksü yoxdur ki, Türkiyədən imtina etsin. Eyni zamanda Türkiyə də bu məsələni başa düşülən formada Rusiyaya izah edəcək.

Kənan Novruzov: “İndi Rusiyanın elə bir lüksü yoxdur ki, Türkiyədən imtina etsin”.

İstənilən halda, Putinin Türkiyə səfəri uğurlu olacaq. Liderlər Ukraynanı, Yaxın Şərqi müzakirə etməklə yanaşı, eyni zamanda Cənubi Qafqazdakı mövcud vəziyyəti, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı da danışacaqlar.

Onu da qeyd edim ki, çox maraqlı vəziyyətdir. Türkiyə NATO-nu təmsil edir və NATO ölkəsidir. Rusiya isə Şərq ölkəsidir. Buna baxmayaraq tərəflər arasında çox unikal əlaqələr var. Üçüncü dünya müharibəsi ərəfəsidir. Belə bir vəziyyətdə əslində fərqli qütbdə olan liderlərin və dünyada çəkisi olan, dünyada baş verən proseslərə yön verən iki ölkə liderinin görüşməyi çox maraqlı hadisədir. Şübhəsiz ki, Ərdoğanla Putinin müzakirə edəcəkləri məsələr arasında, həm də üçüncü dünya müharibəsi müzakirə olunacaq. Çünki faktiki olaraq dünyada üçüncü dünya müharibəsinə hazırlıq gedir.

Türkiyə-Qərb münasibətləri onsuz da gərgindir. Onlar indi mehriban düşməndirlər. Amma Rusiya necə Türkiyənin Qərblə münasibətlərindən incimirsə, Qərb, o cümlədən ABŞ-da Türkiyənin Rusiya ilə münasibətlərindən inciməməlidir. Hər iki tərəf başa düşməlidir ki, Türkiyənin müstəqil xarici siyasət kursu var”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Ən çox oxunanalar