Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada internetlə bağlı yaranmış problemin səbəbi açıqlanıb - Yenilənib

Rusiyada internetlə bağlı yaranmış problemin səbəbi açıqlanıb...

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi ölkə ərazisində internetdə yaranmış problemlə bağlı rəsmi məlumat yayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, məlumatda "RU" zonasında saytlara girişin yaxın gələcəkdə bərpa olunacağı bildirilib.

Qeyd olunub ki, internetlə bağlı yaranmış texniki problem Qlobal DNSSEC (Məlumatların bütövlüyünü və etibarlılığını təmin edən DNS protokoluna əlavələr toplusu) infrastrukturu ilə əlaqəlidir.

İnternet Texniki Mərkəzinin və MSK-IX-in mütəxəssisləri bunun aradan qaldırılması üzərində işləyirlər.

Artıq Milli Domen Adları Sisteminin abunəçiləri üçün problem həll olunub.

Bərpa işləri aparılır.

***

Rusiyada "ru" domen zonasının fəaliyyətində nasazlıq yaranıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, ümumilikdə ölkədə internetin fəaliyyətində də kəsilmələr müşahidə olunur.

Belə ki, "ru" domen zonasında “Yandex”, “Zen”, “Avito”, Wildberries, “Odnoklassniki” və digər saytların fəaliyyəti ilə bağlı şikayətlər daxil olur.

Kəsilmələr Moskva vaxtı ilə 19:30 radələrində başlayıb.

Mobil provayederlər hələlik kəsilmələri şərh etməyiblər.

Ən çox şikayətlər Moskva şəhəri və Moskva vilayətinin sakinlərindən gəlir. Rusiyanın digər bölgələrindən - Sankt-Peterburq, Sverdlovsk vilayəti, Novosibirsk vilayəti, Tatarıstan Respublikası, Uzaq Şərq regionundan da internetin fəaliyyəti ilə bağlı şikayətlər daxil olub.

"RU/.РФ" domenləri üzrə koordinasiya mərkəzindən bildirilib ki, "Runet"in çökməsinə səbəb olan problemin aradan qaldırılması üzərində iş gedir.

“Biz texniki problem üzərində işləyirik, mən indi danışa bilmərəm”, – deyə Domenlərin Koordinasiya Mərkəzinin direktoru Andrey Vorobyev bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

SEPAH Haniyənin ölümünün təfərrüatını açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay