Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-dən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib...

Müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan soyuq və küləkli hava şəraiti yaxın günlər ərzində davam edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.

Soyuq və yağıntılı, eləcə də küləkli hava şəraiti həm də ciddi yanğın təhlükəsi yaradır.

Belə ki, bu hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.

Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”.

Poliqon.info


Etiket: FHN hava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay