Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baba Vəziroğlu: “Düşünürəm ki, gözlənilməz olması daha yaxşıdır”

“Şərəf” ordeni ilə təltif olunmağımdan yeni xəbər tutdum”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunan yazıçı Baba Vəziroğlu deyib.

Yazıçı mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib:

“Yeni xəbər tutdum. Bir neçə dəqiqə ərzində saysız-hesabsız təbriklər gəlir. Gözlənilməz oldu. Düşünürəm ki, gözlənilməz olmağı yaxşıdır. Amma mən onu bilirəm ki, Prezidentin nəzərindən heç nə qaçmır. Bir söz demişdi. O sözü hər zaman xatırlayıram. Demişdi ki, “nəyi nə vaxt və necə edəcəyimi yaxşı bilirəm”. Zaman sübut etdi ki, doğrudan da, bu belədir. Diqqətiniz üçün minnətdaram. Dəyər verdiyiniz üçün təşəkkür edirəm”.

 
Qeyd edək ki, yazıçı Baba Vəziroğlu 2000-ci ildə “Humay” mükafatı alıb, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” adına layiq görülüb. 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu yanvarın 10-da 70 yaşını tamam edib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay